Məhkəmə qərarları › İş №8(064)-6/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-6/2024

13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-6/2024 13.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ 13 fevral 2024-cü il İş № 8(064)-6/2024 Füzuli rayonu, Horadiz şəhəri Hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X2 iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(055)-381/2021 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 verdiyi təqdimatda məhkəmədən Saatlı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(055)-381/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 01 mart 2021-ci il tarixli qərarla icraatına başlanılmış Saatlı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(055)-381/2021 nömrəli icra sənədinə əsasən Borclu (bundan sonra - borclu) xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulub tələbkar X4 (bundan sonra – tələbkar) ödənilməlidir. Borclu icra vərəqəsi üzrə 7 000 (yeddi min) manat aliment borcundan tələbkarın xeyrinə heç bir məbləğ ödəməmişdir. Buna görə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 verdiyi təqdimatın dəlillərinə uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu yaşadığı ünvana məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasın sonuncunun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını (məhkəmə həmin sənədlərin məzmununu təqdimatda olduğu kimi göstərildiyinə görə təkrarlamağa zərurət bilmir), eləcə də Füzuli rayon İcra və Probasiya şöbəsinin Borclu icra sənədini tam icra etməsi üçün xəbərdar etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən tam icra etmədiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hal Borclu gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(055)- 381/2021 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Təqdimat təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(055)-381/2021 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda ünvan 2 Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar