Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-61/2025 29.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-352/2024 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-352/2024 nömrəli icra sənədi üzrə Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Füzuli RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraatına başlanmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 352/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu (bundan sonra - borclu) cəmi 4473 manat borc tutulub tələbkar X2 ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borclu icra vərəqəsi üzrə borcunu tələbkar X1 xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən borcunu ödəməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar Füzuli Rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq, çağırışa gəlməmişdir. İş üzrə tərəflər məhkəmə iclasına vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılsalar da, gəlməmişlər. Buna görə də məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və İcra sənədi üzrə işin faktiki hallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-352/2024 nömrəli icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu – xx.xx.1990-cı il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuş, həmin ünvanda qeydiyyatda olmaqla Füzuli rayonu, Horadiz şəhərində yaşayan Əliyev X4 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-61/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-61/2025
29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver