Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-62/2024 05.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və Tələbkar iştirakları ilə, Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Borclu Elman oğlunun verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Borclu Elman oğlu verdiyi təqdimatda Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra - borclu) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 06 sentyabr 2024-cü il tarixli qərarla icraatına başlanılmış Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 nömrəli icra sənədinə əsasən borcludan birgə nikah dövründə əldə edilmiş vəsaitə görə cəmi 17757 manat məbləğində pul tutulub tələbkar X1 (bundan sonra – tələbkar) ödənilməlidir. İcra vərəqəsi üzrə borcluya 06 sentyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmən təqdim edilmişdir. Borclu icra vərəqəsi üzrə tələbkara hər hansı məbləğdə pul ödəməmişdir. Buna görə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Borclu Elman oğlu və borcluya məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, gəlməmişlər. Buna görə də məhkəmə iclasının sonuncuların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. - 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını (məhkəmə həmin sənədlərin məzmununu təqdimatda olduğu kimi göstərildiyinə görə təkrarlamağa zərurət bilmir), eləcə də, Füzuli rayon İcra və Probasiya şöbəsinin borcluya icra sənədini tam icra etməsi üçün dəfələrlə xəbərdarlıq etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən icra etmədiyini, bu səbəbdən Füzuli Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(064)896/2024 nömrəli qərarı ilə borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edildiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hal borclunun gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)- 84/2023 nömrəli icra sənədinin icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Təqdimat təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx xxxxxxxx 1978-ci il təvəllüdlü, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qeydiyyatda olmaqla, yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(064)-62/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-62/2024
05.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver