Məhkəmə qərarları › İş №8(064)-63/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-63/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-63/2025 04.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Füzuli Rayon Məhkəməsinin 2(064)-117/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə Füzuli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Füzuli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Füzuli Rayon Məhkəməsinin 2(064)-117/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu Füzuli rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-117/2025- 011 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə e93157/2025-63-6 nömrəli iş üçün icra tələbi qeyd edilməyib. İcra sənədi xx.xx.2025-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Füzuli rayonu, Mahmudlu-2 kəndi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri, ərizəni nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu iddiaçı Tələbkar xeyrinə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 52,40 manat pulun tutulması qeyd edilmişdir. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2025-ci il tarixli qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada Borclu təqdim edilmişdir. İş materiallarında olan: - icra sənədi üzrə tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixli bildiriş borcluya göndərilmişdir. -“SMS bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki, borclu Ağayev X3 rayon icra və probasiya şöbəsinə dəvət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, borcluya icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsinə, yaranmış aliment borcunun ödənilməsi barədə dəfələrlə icra məmuru tərəfindən ona xəbərdarlıq edilməsinə, sözügedən icra sənədini icra etmədiyinə görə barəsində inzibati tənbeh cəzası tətbiq edilməsinə baxmayaraq nə qanunla müəyyən edilmiş müddətdə, nə də keçən müddət ərzində icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Məhz bu hərəkətləri ilə borclu icra sənədinin icrasını mümkünsüz etdiyindən məhkəmə hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Füzuli Rayon Məhkəməsinin 2(064)-117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.1982-ci ildə Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan Ağayev X3 rayon İcra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar