Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-64/2024 02.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında təqdimat vermiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-1343/2018 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)- 1343/2018 nömrəli icra sənədi üzrə Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Füzuli RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2023-cü il tarixli qərarla icraatına başlanmış Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-1343/2018 nömrəli icra vərəqəsinə əsasən Borclu (bundan sonra - Borclu) 2492,32 manat məbləğində pul tutulub tələbkar BOKT "xxxx" ASC-nə (bundan sonra – Tələbkar) ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borclu icra vərəqəsi üzrə borcunu Tələbkarın xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən ödənilməmiş qalan cəmi 2492,32 manat borcundan tələbkarın xeyrinə heç bir pul məbləği ödəməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar Füzuli Rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq çağırışa gəlmədiyinə görə Borclunun məcburi qaydada Füzuli Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək qərar Borcluya göndərilmişdir. Borclu qeyd olunan qərarı almasına baxmayaraq bu günədək Füzuli Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X2 izahatında təqdimatın dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və İcra sənədi üzrə işin faktiki hallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-1343/2018 nömrəli icra sənədi üzrə Borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu – xx.xx.1977-ci il tarixdə Beyləqan rayonu, Şahsevən kəndinə doğulmuş, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-64/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-64/2024
02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver