Məhkəmə qərarları › İş №8(064)-67/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-67/2025

18.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-67/2025 18.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması və aliment tələbi”nə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-308/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə tələbkarın tələbindən imtina etməsinə dair təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması və aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin nikahlarından doğulmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa 100 manat olmaqla, ayda cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-308/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək tərəflərin nikahlarından doğulmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa 100 manat olmaqla ayda cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Füzuli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda iş üzrə Füzuli Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 məhkəməyə təqdimatla müraciət edərək icra vərəqəsi üzrə tələbkarın tələbindən imtinasın qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizə ilə Füzuli Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək ona Borclu qarşı aliment tələbindən imtina etdiyini və Füzuli Rayon Məhkəməsinin 2(064)- 308/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir (ərizə iş materiallarına əlavə olunur). Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verən şəxs, tələbkar və borclu xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respubliklasının Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İşin araşdırılmış hallarına əsasən tələbkarın Füzuli Rayon Məhkəməsinin 2(064)- 308/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə tələbindən imtinasının qəbul etməkdən məhkəmə tərəfindən imtina edilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələbkarın icra sənədi üzrə tələbdən imtinası qəbul edilməldir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Füzuli Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Həkimi Atakişiyevin təqdimatı təmin edilsin. Tələbkar Füzuli Rayon Məhkəməsinin 2(064)- 308/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbindən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar