Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-68/2024 17.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC (bundan sonra – Tələbkar) Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından şikayətlə Füzuli Rayon Məhkəməsinə (bundan sonra Məhkəmə) müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkəmənin 2(064)-1495/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Tələbkar hesab edir ki, qərardad tamamilə qanunsuz və əsassız, həmçinin onun mənafelərinə ziddir. Belə ki, Məhkəmənin 2(064)-1495/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X1 1116,14 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 1116,14 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu Tələbkarın xeyrinə tutulması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Məhkəmənin 2(064)- 1495/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Qərarda göstərilən məlumata əsasən X3 xx.xx.2019-cu il tarixində ölmüşdür. Lakin İcra haqqında Qanunun 3-cü bəndində qeyd edilən hal (tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə) bu münasibətə tətbiq edilə bilməz. Tələbkar qeyd edir ki, icra sənədi üzrə Bakı Şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Füzuli Rayon Məhkəməsinin 2(064)- 1495/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sözü gedən qərardan Tələbkar tərəfindən şikayət verilmiş və Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə qərar ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Belə ki, Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından və Füzuli Rayon Dövlət Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan aydın olur ki, xx.xx.2019-cu il tarixində vəfat etmiş X2 vərəsəlik işi açılmış və xx.xx.2020-ci il tarixində 2V-86 reyestr nömrəsi ilə vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən vərəsələr Borclu, X5, X6 və X4r. Həmçinin Tələbkar qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ona xx.xx.2024-cü il tarixində təqdim olunmuş, odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Tələbkarın nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, sözügedən qərarın ləğv edilməsini və icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, şikayətin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Məhkəmənin 2(064)-1495/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, X1 cəmi 1116,14 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Tələbkarın xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərar əsasında müəyyən olunur ki, X3 xx.xx.2019cü il tarixdə vəfat etmiş və nəticədə sözügedən icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(064)-1495/2020 nömrəli qərardadı əsasında müəyyən olunur ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərar ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərar əsasında müəyyən olunur ki, X3 xx.xx.2019cü il tarixdə vəfat etmiş və nəticədə sözügedən icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Füzuli Rayon Dövlət Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 287 nömrəli məktubundan aydın olur ki, xx.xx.2019-cu il tarixində vəfat etmiş X2 vərəsəlik işi açılmış və xx.xx.2020-ci il tarixində 2V-86 reyestr nömrəsi ilə vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən vərəsələr Borclu, X5, X6 və X4r. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında həmçinin qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı iş»də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Brumaresku Rumuniyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. Hazırkı işin materiallarından göründüyü kimi, icra sənədi faktiki olaraq icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin İcraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməlidir Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilsin. Qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-68/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-68/2024
17.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver