Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-70/2025 17.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Füzuli Rayon Məhkəməsinin e-2(064)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək, Füzuli Rayon Məhkəməsinın e-2(064)- 85/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ödəməli olduğu 9060 manat məbləğində pulun hər ay 500 manat olmaqla borcunu hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(064)- 85/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 **-FA-*** dövlət qeydiyyat nişanlı, KİA CEED minik markalı avtomobilin satışından əldə olunmuş 8000 manat vəsaitin 1/2 hissəsi olan 4000 manat, **-TK-*** dövlət qeydiyyat nişanlı, DACİA LOGAN minik markalı avtomobilin satışından əldə olunmuş 10000 manat vəsaitin !4 hissəsi olan 5000 manat, cəmi 9000 manat və Mediasiya təşkilatına ödənilmiş rüsuma görə 60 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar ödənilməsi, iddianın qalan hissədən təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11,03.2025-ci il tarixli qərarları ilə Fizuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirmədən qüvvədə saxlanılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ilə nikahları pozulmuş, övladları X6, X5 və X7 anaları Tələbkar yanında saxlanması qət edilmiş və onlar yetkinlik yaşına çatana qədər hər uşaq uçun 193 manat olmaqla 579 manat sabit pul məbləğində alimentin ondan tutularaq Tələbkar verilməsi qət edilmişdir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin ondan tutularaq Tələbkar verilməsi qət edilmişdir. Sabit işinin və gəlirinin olmamasına baxmayaraq, qeyd olunan məhkəmə qətnamələri tərəfindən hər ay icra olunmuşdur. Bununla yanaşı uşaqların paltarları, aylıq ərzaq məhsulları və istirahətləri üçün də əlavə xərclər də onun tərəfindən çəkilir. Belə olan halda Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 9060 manatın bir dəfəyə ödənilməyə onun maddi imkanı yoxdur. Ümumi gəlirlərini və hər ay aliment ödəməli olduğunu nəzərə alaraq hər ay 500 manat olmaqla 9060 manat pulun hissə-hissə ödənilməsini mümkün hesab edir. Əks halda, həmin qətnamənin icrası, maddi imkanının olmaması səbəbindən, mümkün olmayacaq. Alimentin ödənilməsində də böyük çətinliklər yaranacaq. Məhz bu səbəblərdən iddiaçıya borclu olduğu pulu birdəfəlik olaraq iddiaçıya ödəmək iqtidarında deyil. Əgər məhkəmə qətnaməsinin ondan tutulan pulu hissə-hissə icra etmək barədə qərar çıxararsa, onda o, bununla da iddiaçıya olan borcunu hissə-hissə ödəyəcək. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan qəbzə əsasən müəyyən edilir ki, Borclu tərəfindən Tələbkara 1000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və bu halda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin hissə-hissə icrası tələbkarın hüquqlarını pozur, onu məhkəmə qətnaməsindən gözləyə biləcəklərindən məhrum edir. Məhkəmə Ərizəçinin həm də aliment öhdəliyinin olamasını, tələbkarın xeyrinə 1000 manat ödəməsini və onun yetərsiz maddi imkanlarını nəzərə alaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin e-2(064)-85/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş və ödənilməmiş 9060 manat məbləğində pul məbləği ayda 500 manat olmaqla hissə-hissə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2 və 234.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Füzuli Rayon Məhkəməsinın e-2(064)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 9060 manat hər ay 500 manat olmaqla hissə-hissə ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən qərardadın 10 (on) gün müddətində Füzuli rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-70/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-70/2025
17.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver