Məhkəmə qərarları › İş №8(064)-75/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-75/2025

31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-75/2025 31.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-89/2024 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Maraqlı şəxs rəis vəzivəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Maraqlı şəxs rəis vəzivəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X3 verdiyi təqdimatda məhkəmədən Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 89/2024 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 16 iyul 2024-cü il tarixli qərarla icraata başlanılmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Sübhan oğlundan 15 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutulub Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu Sübhan oğluna rəsmən təqdim edilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara elektron sorğular göndərilmişdir. Borclu aliment borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 3(064)-64/2025 saylı qərarı ilə barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə mindiyi vaxtdan keçən xeyli müddət ərzində Borclu aliment borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, təkrarən qanuni tələbləri yerinə yetirməyərək ödənilməmiş qalan cəmi 6180 manat aliment borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 3(064)- 449/2025 saylı qərarı ilə 15(on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə təqdimata baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında icra məmurunun Borclunu icra sənədini tam icra etməsi ilə bağlı lazımı qaydada xəbərdar etməsi, lakin Borclu tərəfindən icra sənədi üzürsüz səbəbdən tam icra etdilmədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, bu hal Borclunun gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 89/2024 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, Borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Borclu – xx.xx.1996-cı il təvəllüdlü, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar