Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-77/2025 04.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-12/2025 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Maraqlı şəxs icra məmuru X2 tərəfindən verilmiş təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Maraqlı şəxs icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-12/2025 nömrəli icra sənədi üzrə Borclu Maraqlı şəxsnə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraatına başlanmış Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-12/2025 nömrəli icra vərəqəsinə əsasən Borclu cəmi 5040 manat borc tutulub Tələbkar ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borclu icra vərəqəsi üzrə borcunu Tələbkar xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən borcunu ödəməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar Maraqlı şəxsnə çağırılmasına baxmayaraq, çağırışa gəlməmişdir. İş üzrə tərəflər məhkəmə iclasına vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılsalar da, gəlməmişlər. Buna görə də məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və İcra sənədi üzrə işin faktiki hallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-12/2025 nömrəli icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Maraqlı şəxs icra məmuru X2 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu – xx.xx.1993-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yaşayan Borclu Maraqlı şəxsnə məcburi gətirilsin. Qərardadın icrası Füzuli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-77/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-77/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver