Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-79/2025 22.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi haqqında Füzuli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar Hacıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu məcburi gətirilməsi haqqında Füzuli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar Hacıyev təqdimat ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar Hacıyev xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Borclu məcburi gətirilməsi haqqında təqdimatın baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə, təqdimatı verən icra məmurunun ərizəsini nəzərə alaraq hesab edir ki, təqdimat baxılmamış saxlanılmalı, təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Borclu məcburi gətirilməsi haqqında Füzuli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar Hacıyevin təqdimatı baxılmamış saxlanılsın, təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №8(064)-79/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-79/2025
22.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver