Məhkəmə qərarları › İş №8(064)-8/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-8/2023

04.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-8/2023 04.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 25 noyabr 2021-cu il tarixli qərarla icraatına başladığım, Şirvan Kommersiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli e-2-2( 121 )- 683/2021 saylı qətnaməsi üzrə 27 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu X2ndan 2370 (iki min üç yüz yetmiş) manat pul alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə 25 noyabr 2021-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borclu X1 göndərilmişdir. Borclu X2 məhkəmə qətnaməsinin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirməyərək, icra vərəqəsinin icrasını vaxtlı-vaxtında təmin etməmiş və icraya maneəçilik törətmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Mais Şəfiyevə rəsmi xəbərdarlıqlar edilməsinə və Füzuli rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq çağırışa gəlmədiyinə görə borclunun məcburi qaydada Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilərək, qərar xəbərnaməli məktubla borclu X1 göndərilmişdir. Borclu X2 qeyd olunan qərarı almasına baxmayaraq, bu günədək Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir.Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə Borclu icra məmurunun dəfələrlə çağırışlarına üzrsüz səbəblərdən gəlməmişdir. Odur ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, Füzuli rayonu Dövlətyarlı kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qaydış-1 qəsəbəsi, ev 94-də yaşayan Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə borclu Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qayıdış-1 qəsəbəsi, ev 94-də yaşayan Borclu (xx.xx.1976-cı il təvəllüdlü) Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar