Məhkəmə qərarları › İş №8(064)-80/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-80/2025

12.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-80/2025 12.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlu tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsi Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. -151.1-ci maddəsinə görə iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. -152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəni nəzərdən keçirərək Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Məhkəmə iş materialları əsasında belə qənaətə gəlir ki, sözügedən ərizəyə mülki məhkəmə icraatı qaydasında müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar