Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-9/2023 13.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 22 sentyabr 2020-ci il tarixli qərarla icraatına başladığım, Füzuli Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(064)-1419/2020 saylı qətnaməsi üzrə 11 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən etibarən 2012-ci il təvəllüdlü Nərmin və 2017-ci il təvəllüdlü Hüseynin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay uşağa görə 120(bir yüz iyirmi) manat olmaqla cəmi (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir.İcra vərəqəsi üzrə 22 sentyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə Borclu göndərilmişdir.Borclu borcunu ödənilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirməyərək, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu məxsus ***-***-**-** nömrəli mobil telefona xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsi ilə ona Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə Borclu icra məmurunun dəfələrlə çağırışlarına üzrsüz səbəblərdən gəlməmişdir. Odur ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli rayonu, Yuxarı Veysəlli kəndində doğulmuş, həmin kəntdə qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qaydış-6 qəsəbəsi, ev 13-də yaşayan Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə Borclu Füzuli rayonu, Yuxarı Veysəlli kəndində doğulmuş, həmin kəntdə qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qaydış-6 qəsəbəsi, ev 13-də yaşayan Borclu (xx.xx.1988) Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi tel.: ***-***-**-** xx.xx.2023-cü il 8(064)-09/2023 Füzuli rayon icra və probasiya şöbəsinin rəisi cənab Yəhya Məmmədova. Borclu Ünvan: Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi, ev 13. X2 Ünvan: Bakı şəhəri, Təmənist massivi, yeni məhəllə. İcra sənədi üzrə Borclu məcburi gətirilməsi haqqında Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(064)-09/2023 saylı qərardadı Sizə göndərilir. Qoşma: xx.xx.2023-cü il tarixli, 8(064)-09/2023 saylı qərardad Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №8(064)-9/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-9/2023
13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver