Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-9/2024 15.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili X8 tərəfindən Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin 22 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə verilmiş ərizəyə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili X2 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin 22 fevral 2021-ci il tarixli qərarının qanunsuz və əsassız hesab edərək ləğv edilməsini və qətnamənin qəbul olunma tarixindən hesablanmaqla Borclu aliment öhdəliyinin icra olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar müraciəti əsasında Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 atasının Borclu olması faktı müəyyən edilmiş, uşağa “Hüseynova” soyadı verilmiş, uşağın doğum haqqında şəhadətnaməsində adı, soyadı, ata adı kimi X3, ata qrafasında Borclu yazılması və uşağın saxlanması üçün aliment təyin olunması qət edilmişdir. Lakin cavabdehin təzyiq və təkidlərindən sonra iddiaçı icraata xitam verilməsi barədə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət etmişdir. Həmin ərizə əsasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin 22 fevral 2021-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı qəbul olunmuş və Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Hal-hazırda tərəflər arasında aliment mübahisəsi mövcuddur və cavabdeh Borclu aliment borcu yığılmışdır. Qeyd olunanlara əsasən tələbkar Sumqayıt şəhəri üzrə İcra idarəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 22 fevral 2021ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tələbkar, borclu və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizənin dəlillərini araşdırıb və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədinin surətindən görünür ki, Tələbkar Borclu qarşı atalığın tanınması, uşağın öhdədə olması faktının müəyyən edilməsi, aliment, qızıl-zinət və cehiz əmlakı tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarı ilə iddia təmin edilmiş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin 07 yanvar 2020-ci il tarixli “İcraata başlama haqqında” qərarın surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Borclu alınaraq Tələbkar verilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin 22 fevral 2021-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Tələbkar xx.xx.2021-ci il tarixli ərizə ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək aliment işinin icraatına xitam verilməsini xahiş etmiş, göstərilənlərə əsasən Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Tələbkar xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək aliment işinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə iş materiallarında olan sübutlara əsasən və yuxarıda qeyd olunan qanun normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Tələbkar ərizəsi əsasında icra məmuru tərəfindən sözügedən icra sənədinin icraatına xitam verilmiş və həmin qərar tərəflərə və məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən həmin qərar qanuni hesab olunaraq ləğv edilməmişdir. Həmçinin tələbkar tərəfindən də 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verilməmişdir. Ancaq sözügedən qərarın qüvvəyə minməsindən təqribən 3 il küçdikdən sonra həmin qərar tələbkarın nümayəndəsi tərəfindən mübahisələndirilmişdir. Göründüyü kimi, tələbkar Qanunla müəyyən edilmiş prosessual hərəkətin edilməsi üçün müddəti ötürmüşdür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin 22 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2, 130.1, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(064)-53/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin 22 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətinə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-9/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-9/2024
15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver