Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-9/2025 13.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə X1 Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064-1100/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064-1100/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqıya uyğun indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-1100/2021 saylı qətnaməsi ilə X11 ilə X12 arasında xx.xx.2018-ci il tarixli Goranboy Rayon Qeydiyyat Şöbəsində 06 nömrə ilə qeydə alınmış nikah aktının ləğv edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 anası X5 yanında saxlanması və bunun üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin X3 X5 xeyrinə tutulması qət edilmişdir. Ərizəçi uşağın artan tələbatlarını və ehtiyyaclarını nəzərə alaraq Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-1100/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqıya uyğun indeksasiya olunmasını xahiş edir. Ərizəçi Məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etdi. X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etmədi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə X6 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-1100/2021 saylı qətnaməsi əsasında müəyyən olunur ki, X11 ilə X12 arasında xx.xx.2018-ci il tarixli Goranboy Rayon Qeydiyyat Şöbəsində 06 nömrə ilə qeydə alınmış nikah aktının ləğv edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 anası X5 yanında saxlanması və bunun üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin X3 X5 xeyrinə tutulması qət edilmişdir; - Goranboy 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən olunur ki, alimentin artırılması və müalicə xərclərinə köməklik olunmasına dair keçirilmiş ilkin mediasiya sessiyasında tərəflər prosesin davam etdirilməsinə razılıq verməyiblər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu il sentyabr ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 250 manat müəyyən olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)- 1100/2021 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 tutulan 120 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 (120:250=0,48) misli həddində müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-1100/2021 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 tutulan 120 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-9/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-9/2025
13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver