Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-92/2025 01.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-369/2025-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs təqdimatına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələb:
1. Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs təqdimatla məhkəməyə müraciət edərək borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatın əsaslandırıldığı hallar:
2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığım Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(121)-369/2025-024 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə İcra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Borclu-dən 21785,32 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir.Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Füzuli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Tələbkar Ceyhun Hakverdiyev Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xaiş etmişdir.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İşdə iştirak edən şəxslər:
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs və borclu "xxxx" MMC-nin rəhbəri Borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
5. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materialları:
6. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-369/2025-024 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 21584,92 manat məbləğində əsas, 30 manat məbləğində cərimə borcu və ödənilmiş 170,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 21785,32 manat məbləğində pulun tutularaq iddiaçı “Equipment Rental Services" MMC-nə ödənilməlidir.
7. Füzuli rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-369/2025-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasına başlanılmışdır. 8.xx.xx.2025-ci il tarixli məlumat vərəqəsindən görünür ki, Borclu icra sənədin tələbinin təmin edilməsi məqsədilə onun ölkədən getmə hüququnun məhdudlaşdırılacağı barədə xəbərdar olunmuşdur.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Borclu icra sənədin tələbinin təmin edilməsi məqsədilə o, xəbərdar olunmuşdur. İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən edildi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121 )-369/2025-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Füzuli rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Füzuli rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinə əsasən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 369/2025-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi borcludan xahiş olunmuşdur. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyasının: 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
13. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın: 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmənin mövqeyi:
15. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır.
16. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə tətbiq edilə bilər. Nəticə:
17. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbini pozaraq məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs təqdimatı təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121 )-369/2025-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Füzuli rayonu, Babı kəndində qeydiyyatda olan borclu "xxxx" MMC-nin rəhbəri Borclu-nin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası dərhal Füzuli rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
Füzuli rayon İcra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs təqdimatı təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-369/2025-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Füzuli rayonu, Babı kəndində qeydiyyatda olan borclu "xxxx" MMCnin rəhbəri Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.
Sədrlik edən: Səkinəxanım Məmmədli