Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-94/2025 30.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, məhkəmə iclasının katibi Namazova Səbuhə Müşfiq qızı katibliyi, icra sənədi üzrə Borclu, Tələbkar iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-3547/2023 nömrəli qətnaməsi üzrə Borclu həmin qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı verdiyi ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-3547/2023 nömrəli qətnaməsi əsasında ödəməli olduğu borcunun qalan hissəsinin onun əmək qabiliyyətinin olmamasını, ailə vəziyyətinin və maddi vəziyyətinin ağır olmasını, heç bir əmlakının olmamasını nəzərə alaraq, hər ay 100 manat olmaqla Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023cü il tarixli e-2(060)-3547/2023 saylı icra sənədinə əsasən Borclu 8643 manat və 106,43 manat olmaqla cəmi 8749,43 manat pul tutularaq Tələbkar verilməlidir. İcra sənədi üzrə Sumqayıt şəhər İcra İdarəsində 03 aprel 2024-cü il tarixdə icraata başlanılmışdır. O, ünvan 1 ünvanında yaşadığına görə ica vərəqəsi icra olunması üçün Füzuli rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bildirir ki,o, İİ qrup əlildir, hər ay 393 manat pensiya alır, əlil olduğuna görə heç bir yerdə işləyə bilmir, hazırda ailəsi ilə birlikdə ünvan 1-da məskunlaşıb yaşayır. Himayəsində 2 azyaşlı övladı var. Həyat yoldaşı da heç bir yerdə işləmir. Ailəsinin yeganə gəliri ərizəçinin pensiyasıdır. Heç bir qiymətli əmlakı və təsərrüfatı yoxdur. Məhkəmə qətnaməsi üzrə qət olunmuş pul məbləğini tələbkara ödəməkdən imtina etmir. Lakin maddi imkanının və əmlakının olmaması səbəbindən həmin pul məbləğini tələbkara bir dəfəyə ödəyə bilmir. Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən hər ay pensiyasından 50 % miqdarında pul Tələbkar xeyrinə tutulur. Bu onun maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Bu səbəbdən də borcunun hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qətnaməsi üzrə borcundan 1190 manat pul tələbkarın xeyrinə tutulmuşdur. Bundan sonra qalan borcunu hər ay 100 (yüz) manat olmaqla tələbkara ödəməyə imkanı çatır. Məhkəmə iclasında Borclu ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə işin faktiki halları ilə bağlı müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli e-2(060)-3547/2023 saylı icra sənədinə əsasən Borclu 8643 manat və 106,43 manat olmaqla cəmi 8749,43 manat pul tutularaq Tələbkar verilməlidir. Borclu əmək qabiliyyətinin olmamasını, ailə vəziyyətinin və maddi vəziyyətinin ağır olmasını, heç bir əmlakının olmamasını, İİ qrup əlil olmasını, hər ay 393 manat pensiya almasını, əlil olduğuna görə heç bir yerdə işləyə bilməməsini, himayəsində 2 azyaşlı övladının olmasını, həyat yoldaşının da heç bir yerdə işləməməsini və ailəsinin yeganə gəlirinin onun pensiyası olmasını bildirərək icra sənədinin hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsini xahiş edir. Lakin tələbkar buna razı olmamış və ərizənin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar”. Məhkəmə hesab edir ki, tələbkarın qanuni mənafeyi baxımından hazırkı iş üzrə qətnamənin hissə-hissə icrasının təmin olunması məqsədəuyğun sayıla bilməz. Əks təqdirdə bu məhkəmə qətnaməsinin səmərəliliyini azaldır və tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Bu səbəbdən də, borclunun verdiyi ərizə təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 231.1, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-3547/2023 nömrəli icra sənədi üzrə Borclu icra sənədinin hissə-hissə ödənilməsinə dair verdiyi ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(064)-94/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-94/2025
30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver