Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-106/2024 05.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarın “ləğv edilməsi” barədə ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Göygöl Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixi, 2(066)-104/2015 saylı qətnamə üzrə Borclu1 banka olan 14162,14 manat məbləğində əsas borcu, 2734,93 manat məbləğində faiz borcu, ümumilikdə 16897,07 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun və xx.xx.2015-ci il tarixli 2(066)-98/2015 saylı qətnamə üzrə Borclu2 banka olan 13688.37 manat məbləğində əsas borcu, 751,91 manat məbləğində faiz borcu, ümümilikdə 14440,28 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun dənilməsini təmin etmək məqsədilə tələbin tutma ipoteka predmeti olan Borclu1 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evi və 0,36 ha birgə torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılması və onun satışından əldə edilmiş məbləğ cavabdeh Borclu1 banka olan 14162,14 manat məbləğində əsas borcu, 2734,93 manat məbləğində faiz borcu, ümümilikdə 16897,07 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun və xx.xx.2015-ci il tarixli 2(066)-98/2015 saylı qətnamə üzrə Borclu2 banka olan 13688,37 manat məbləğində əsas borcu, 751,91 manat məbləğində faiz borcu, ümümilikdə 14440,28 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi həcmində iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına keçirilməsi, ipoteka predmeti olan Borclu1 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin və 0,36 ha birgə torpaq sahəsinin ilkin satış qiyməti 83500 (səksən üç min beş yüz) manat məbləğində müəyyən edilməsi, qeyd edilən ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra həmin ipoteka predmetinin bir ay ərzində boşaldılması və iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 200 (iki yüz) manat ekpertiza xərci cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutularaq VÖEN **********, ABB Gəncə filialı kod 509352, VÖEN **********, M/H: AZ03NABZ********************, S.W.İ.F.T.BİK: İBAZAZ2X, AZ62İBAZ******************** hesaba ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İskəndərov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarına əsasən, Göygöl Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) xx.xx.2019-cıı il tarixli, 2(066)-259/2019 saylı qətnaməsinə əsasən cavabdeh Borclu1 cəmi 16.897,07 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, Borclu2 cəmi 14.440,28 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq LPO "xxxx" ASC-yə ödənilməsi, tutma ilkin satış qiyməti 83.500 manat müəyyən edilmiş Borclu1 məxsus olan Gölgöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə və 0,36 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Göygöl rayon icra və probasiya şöbəsinin icra məmuru Anar İsgəndərovun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədinin icrasəna “İcra haqqında” Azərbaycan Respublikasının 20-ci maddəsinə əsasən xitam verilmişdir. Bu səbəbdən məhkəmə qətnaməsindən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq qətnamə hələdə icra edilməyib. Hesab edirlər ki, Göygöl rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Odur ki, Göygöl Rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə borclulara, təlabkara və İcra Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə borcluların, təlabkarın, icra məmurunun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdırıb, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edilənləri aşağıdakılarla əsaslandırır: İcra işinin materialları məhkəmə iclasında tədqiq edilmiş: Göygöl Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixi, 2(066)-104/2015 saylı qətnamə üzrə Borclu1 banka olan 14162,14 manat məbləğində əsas borcu, 2734,93 manat məbləğində faiz borcu, ümumilikdə 16897,07 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun və xx.xx.2015-ci il tarixli 2(066)-98/2015 saylı qətnamə üzrə Borclu2 banka olan 13688.37 manat məbləğində əsas borcu, 751,91 manat məbləğində faiz borcu, ümümilikdə 14440,28 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun dənilməsini təmin etmək məqsədilə tələbin tutma ipoteka predmeti olan Borclu1 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evi və 0,36 ha birgə torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılması və onun satışından əldə edilmiş məbləğ cavabdeh Borclu1 banka olan 14162,14 manat məbləğində əsas borcu, 2734,93 manat məbləğində faiz borcu, ümümilikdə 16897,07 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun və xx.xx.2015-ci il tarixli 2(066)-98/2015 saylı qətnamə üzrə Borclu2 banka olan 13688,37 manat məbləğində əsas borcu, 751,91 manat məbləğində faiz borcu, ümümilikdə 14440,28 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi həcmində iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına keçirilməsi, ipoteka predmeti olan Borclu1 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin və 0,36 ha birgə torpaq sahəsinin ilkin satış qiyməti 83500 (səksən üç min beş yüz) manat məbləğində müəyyən edilməsi, qeyd edilən ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra həmin ipoteka predmetinin bir ay ərzində boşaldılması və iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 200 (iki yüz) manat ekpertiza xərci cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutularaq VÖEN **********, ABB Gəncə filialı kod 509352, VÖEN **********, M/H: AZ03NABZ********************, S.W.İ.F.T.BİK: İBAZAZ2X, AZ62İBAZ******************** hesaba ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İskəndərov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarına əsasən, borclular Borclu2 xx.xx.2021-ci il və Borclu1 xx.xx.2021-ci il tarixdə vəfat etdiyinə görə Göygöl Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin qanunun 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 31-ci maddəsisə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, icra məmuru tərəfindən qərar qəbul olunarkən, icra sənədinin icrasının mümkünsüzlüyü tam araşdırılmamış, hüquq münasibətin vərəsəliyə və ya hüquq varisliyinə yol verməsi nəzərə alınmamış, icra tədbirləri tam olaraq görülməmiş, həmçinin hərracın keçirilməsi barədə tərəflərə bildiriş verilməsi və təklifin göndərilməsi barədə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ölmüş borcluların vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi məsələsinə diqqət yetirilməmiş, icra sənədi üzrə tələbkar və borcluların vərəsələrinə məlumat verilməsi barədə heç bir mötəbər sübut icra işində olmamaqla yanaşı məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İskəndərov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilməli və Göygöl Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İskəndərov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilsin. Göygöl Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafyev
Məhkəmə qərarları › İş №8(066)-106/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-106/2024
05.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver