Məhkəmə qərarları › İş №8(066)-107/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-107/2024

17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-107/2024 17.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsalə Bağırova təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-71/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1994-cü ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Göygöl rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsalə Bağırova təqdimatı müdafiə edərək, borclunun ölkəndən getmək istəməsini onlara bildirməsini, hazırda borclunun icra sənədi üzrə borcunun olmasını bildirib, Göygöl Rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə Tələbkar və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaq nikah pozulduqdan sonra anası Tələbkar yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Borclu hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub uşağın anası Tələbkar verilməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən tarixdən hesablanması qət edilmişdir. İşdə olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Göygöl Rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu bildirişi imzalayaraq qəbul etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib, tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən üzərinə imza edilməklə qəbul edilməsi və icra sənədi üzrə borcun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc ödənilənədək, xx.xx.1994-cü ildə Xanlar rayonu, Kərəmli kəndində anadan olmuş, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar