Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-109/2024 16.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi və Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Göygöl Rayon İcra və X5 Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 8(066)-136/2022 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatını açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl Rayon İcra və Probasiya Şöbəsi məhkəməyə təqdimat ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(008)-2701/2021 nömrəli icra sənədi üzrə Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(066)- 251/2021 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında təqdimat müdafiə edərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(008)-2701/2021 nömrəli icra sənədinə əsasən Borclu 25 fevral 2021-ci il tarixdən etibarən 24 oktyabr 2015-ci il təvəllüdlü X2 və 03 aprel 2017-ci il təvəllüdlü X3yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, Tələbkar verilməlidir. Borclu aliment borcunu ödəməkdən yayınmasına görə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına əsasən Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(066)-251/2021 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar ərizə ilə müraciət edərək, Borclu aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatını dinləyib və ərizəyə əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(008)-2701/2021 nömrəli icra sənədindən məlum olur ki, 25 fevral 2021-ci il tarixdən etibarən 24 oktyabr 2015-ci il təvəllüdlü X2 və 03 aprel 2017-ci il təvəllüdlü X3yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, Tələbkar verilməlidir. İşə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(066)- 251/2021 nömrəli qərardadından məlum olur ki, Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(008)-2701/2021 nömrəli icra sənədinə əsasən Borclu 25 fevral 2021-ci il tarixdən etibarən 24 oktyabr 2015-ci il təvəllüdlü X2 və 03 aprel 2017-ci il təvəllüdlü X3yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınıb, Tələbkar verilməlidir. Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(066)-251/2021 nömrəli saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu aliment borcunu ödəmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, təqdimat təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(066)-251/2021 nömrəli qərardad ləğv edilməli Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 8(066)-251/2021 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(008)- 2701/2021 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətinə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məmmədov Mübariz.
Məhkəmə qərarları › İş №8(066)-109/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-109/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver