Məhkəmə qərarları › İş №8(066)-11/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-11/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-11/2024 29.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu2 iştirakları ilə Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5,Borclu6, Borclu7 məcburi gətirilməsi barədə təqdimatına 29 yanvar 2024-cü il tarixdə, Göygöl rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əliyev borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5,Borclu6, Borclu7 məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-90/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaş əmlakın Dövlət Reyestindən seriya RX,0944921 nömrəli çıxarışla Qəhrəmanova ( Məmmədova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının mülkiyyətlərində olan Göygöl rayonu Qızılca kəndində yerləşən 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsi Borclu1, 0,16 ha hissəsinin Borclu2, 170,00 kvm hissəsi Borclu3, 0,0725 ha hissəsi Borclu4, 0,0323 ha hissəsi Borclu5 və 0,0282 ha hissəsi Borclu6 və ailə üzvüləri Borclu7 zəbtdindən azad edilməli, Borclu1 zəbt etdyi 0,22 ha torpaq sahəsində inşa etdiyi şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasar, Borclu2 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,16 ha torpaq sahəsinə düşən 0,018 ha (180.0 kvm) hissəsi, Borclu3 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 170,00 kvm torpaq sahəsinə düşən 78.0 kvm hissəsi, Borclu4 inşa etdiyi fərdi yaşayış evinin və yardımçı tikilinin zəbt etdiyi 0,0725 ha torpaq sahəsinə düşən (yaşayış evinin) 286.0 kvm və (yardımçı tikilinin) 75.0 kvm hissəsi, Borclu5 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,0323 ha torpaq sahəsinə düşən 107.0 kvm hissəsi, Borclu6 və ailə üzvüləri Borclu7 inşa etdiyi yarımçıq tiklinin zəbt etdiyi 0,0282 ha torpaq sahəsinə düşən 89.0 kvm hissəsinin sökülməsi qət edilmişdir. Borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5,Borclu6, Borclu7 tələbin könüllü icrası üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq icra məmurunun çağırışlarına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bununla da borclu icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Ona görə də hesab edirəm ki, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5, Borclu6, Borclu7 Göygöl rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsini xaqhiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş qərarın icrasının həyata keçirilməsi məqsədilə borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5, Borclu6, Borclu7 məcburi qaydada Göygöl rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5, Borclu6, Borclu7 Göygöl rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Göygöl rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5- 23-84 İş № 8(066)-11/2024 30 yanvar 2024-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5, Borclu6, Borclu7 Göygöl rayonu Yeni Qızılca kəndi Göygöl rayon məhkəməsinin 8(066)-11/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar