Məhkəmə qərarları › İş №8(066)-115/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-115/2024

15.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-115/2024 15.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Borclu iştirakı ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asim Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)- 193/2024 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 193/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 155 manat borc və dövlət rüsumu tutularaq, Tələbkarnın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu Sari oğlunun icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul etməyiniz Sizdən xahiş olunur. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, şəxsi və ailə işləri ilə əlaqədar icra məmurunun çağırışlarına gələ bilməmişdir. Onun icra məmurunun çağırışlarından yayınmaq niyyəti yoxdur. Məhkəmədən təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Göygöl Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdimata əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-193/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 155 manat borc və dövlət rüsumu tutularaq, Tələbkarnın xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib, proses iştirakçısını dinləyib hesab edir ki, təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. Belə ki, hazırda borclu könüllü olaraq məhkəməyə gəlmiş və icra məmuru ilə görüşmüş, onun məcburi icra idarəsinə gətirilməsinə zərurət qalmamışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-193/2024 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi gətirilməsi barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar