Məhkəmə qərarları › İş №8(066)-124/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-124/2024

03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-124/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Göygöl Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi qaydada gətirilməsi barədə” təqdimatı və işə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İsgəndərov təqdimatla məhkəməyə müraciət edərək, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 206.63 manat məbləğində pul vəsaiti və 37.17 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, təqdimat geri qaytarılmadır. Belə ki, təqdimata icra məmuru tərəfindən ünvanlanmış borclunun məcburi qaydada gətirilməsi barədə qərarın, tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlığın və digər sənədərin Borclu tərəfindən qəbul edilməsini və göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilmədən məhkəməyə müraciət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə görə, qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş icra məmuru tərəfindən qəbul edilmiş qərar icra qrumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.4.-ci maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə aşağıdakılar göstərilməlidir. Göstərilənlərə əsasən Borclu Göygöl Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru Anar İsgəndərov tərəfindən verilmiş təqdimatda müvafiq çatışmazlıqların aradan qaldırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264 266-268-ci maddələrinə əsasən qəraraaldım: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İsgəndərov tərəfindən verilmiş borclunun məcburi qaydada gətirilməsi barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 8(066)-124/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 03 dekabr 2024-cü il Göygöl şəhəri Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Borclu “borclunun məcburi qaydada gətirilməsi” barədə təqdimatın məhkəmə icrааtının mümkünlüyünə baxılır. Prosessual hərəkət saat 12:10-da başlandı. Tərəfimdən təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirilərək, geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 12:15-də başa çatdı. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar