Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-126/2023 02.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Şəhər Məhkəməsinin 2(125)-410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə ələqadar olaraq borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Borclu mülkiyyətində olan “BMW 5301” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 200 manat aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Görülmüş məcburi icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “BMW 5301” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar olunmuşdur. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən Borclu hər ay 200 manat aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş Elektron İcra Sistemindən çıxarışdan müəyyən edilir ki, Borclu məxsus “BMW 5301” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması qeydə alınmışdır. Məhkəmə Borclu aliment borcunun olmasını və borclunun mülkiyyətində olan “BMW 5301” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qətnamənin icrasını təmin edəcəyini nəzərə alaraq hesab edir ki, Borclu məxsus “BMW 5301” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». ”İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-nin 231, 263, 264, 282 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına qeydə alınmış “BMW 5301” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 8(066)-126/2023 «02» iyun 2023-cü il Göygöl Rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Orxan Əliyevə Borclu (Göygöl rayonu Çaykənd kəndi) Tələbkar (Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsi ev 3) Göygöl Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 8(066)-126/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti (01) vərəq. Hörmətlə, hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №8(066)-126/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-126/2023
02.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver