Məhkəmə qərarları › İş №8(066)-163/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-163/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-163/2025 24.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X5 iclas katibliyi, X2nun, X6,Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 iştirakı ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, e67804/2025-2-12 saylı “icraata başlama haqqında qərarının ləğv edilməsi” barədə X2 və X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X2 və X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək görə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, e67804/2025-2-12 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Göygöl rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(066)- 4/2024-50 nömrəli icra sənədini icra etmək üçün xx.xx.2025-ci ildə iş e67804/2025-2-12 saylı qərar qəbul etmişdir. Qərardan narazı qaldıqlarından şikayət verməli olmuşlar. Belə ki, X8 hal-hazırda mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin və zəbt etdiyi hal-hazırda istifadəsində olan 0,09 ha torpaq sahəsindən 1995-ci ildən istifadə edirlər. xx.xx.2014-cü ildə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən 0,12 torpaq sahəsinə dair seriya RX № ******* saylı çıxarış almış və fərdi yaşayış evi tikmişlər. Hal-hazırda istifadəsində olan 0,09 ha torpaq sahəsində 0,79 kv/m ərazidə ev tikmişlər. Yəni qeyd etdiyi kimi 1995-ci ildən hal-hazıradək həmin torpaq sahəsindən istifadə edirlər. Onu da qeyd edir ki, tikdirdiyi 0,79 kv/m yaşayış sahəsinin sayğac əsasında qaz, işıq pulu ödəyirlər. Yəni 0,09 ha torpaq sahəsini o, X11 almamışdır və belə bilir ki, həmin torpa sahəsinin Tələbkar ASC-nin mülkiyyətində olan 1,70 ha topraq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Qeyd edir ki, 1995-ci ildən hal-hazıradək istifadə etdiyi torpaq sahəsi zibillik olduğundan hasara almışdır. Yəni həmin torpaq sahəsi adına olan çıxarışda zəbt kimi göstərilmişdir. Hal-hazırda onlara məxsus ərazi Gəncə şəhəri Nizami rayon bələdiyyəsinə aiddir. Tələbkar ASC X15 qarşı mülkiyyətlərində olan 1,70 ha torpaq sahəsində inşa edilmiş, fərdi yaşayış evlərinin sökülməsi, vaqon və avadanlıqların ərazidən çıxarılmasına dair iddia qaldırmışlar. O, əvvəllər "xxxx" MMC-nin direktoru olsa da hal-hazırda fəaliyyətləri olmadığından "xxxx" MMC-nin icraçı direktoru deyil. Mülkiyyətçi keçmiş həyat yoldaşı X10r. Tələbkar ASC-nin ona qarşı qaldırdığı iddia düzgün deyildir. Onun adında əmlak yoxdur. "xxxx" MMC-nin mülkiyyətçisi X13 ilə ər-arvad olsalar da xx.xx.2020-ci ildə ərizələri əsasında Gəncə ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində nikahları pozulmuşdur. Bu barədə nikahlarının pozulması haqqında AZ-1 № 359994 saylı şəhadətnamələri vardır. Qeyd etmişlər ki, xx.xx.2006-cı ildə Daşınmaz Əmlakın AN-1 № 20070549 alqı-satqı müqaviləsinə əsasən X3 1000,0 kv torpaq sahəsində yerləşən (Xanlar) Göygöl rayonu -Gəncə Daşkəsən yolunun sağ tərəfində yerləşən Daş sexini alqı-satqı etmişlər. Həmin vaxt ərazi boş olmuşdur. X8 özünə məxsus ərazini hasarlamış X1 gedən sahədə daş sexinin ərazisini setkalamışdır. X7 həyat yoldaşının adına xx.xx.2006-ci ildə Göygöl (Xanlar) rayon Qızılca bələdiyyəsindən 1,70 ha kənd təsərrüfatlı təyinat torpaq sahəsini alqı-satqı etmişlər. Həmin ərazi dərəyə düşdüyündən həmin ərazidən istifadə etməmişlər. Tələbkar ASC öz adına xx.xx.2016-cı ildə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən ********** saylı çıxarış almışlar. Alqı-satqı etdiyi torpaq sahəsinin sərhədlərini bilmirlər. Qeyd etdiyi kimi 0,10 ha torpaq sahəsində yerləşən daş sexinin alqı-satqı etmişlər. Hesab edir ki, 1,70 ha torpaq sahəsinin sərhədləri müəyyən edilməlidir. Göygöl rayon Məhkəməsinin ekspert qarşısında qoyulan suallarda cavabda xx.xx.2024-cu il 3-16-18/2-10/46 saylı ekspert rəyində fərdi yaşayış evlərinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən adlarına çıxarış aldıqları qeyd edilmişdir. Hesab etmişdir ki, ərazi Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinə aid olduğundan Göygöl rayon Məhkəməsinin bu mülki iş üzrə qəbul etdiyi qətnamə Göygöl rayon İcra və Probasiya şöbəsinə icra üçün verilsə də icra əvvəlki kimi əmlakları Gəncə şəhəri ərazisinə aid olduğundan icra Gəncə şəhər üzrə icra idarəsində icra olunmalıdır. Ona görə ki, Göygöl rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş 2(066)-29/2018 saylı qətnaməsi ilə 1,70 ha torpaq sahəsində yerləşən 441 kv/m ümumi, 403,2 kv əsas, 37,8 kv/m köməkçi sahədə ibarət daş sexi kompleksi TələbkarSC-yə təhvil verilmiş 21 iyun 2019-cu ildə Gəncə şəhər üzrə icra idarəsinin icra məmuru Ülvi Əlizadə iş № UƏ-28222/2019 saylı qərar qəbul etmiş həmin əmlaklar TələbkarSC-nin nümayəndəsi Şahin Novruzova təhvil verilmiş həmin vaxt DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi Ariz Zamanov iştirak etmişdir. İşin icraatına xitam verilmiş icra məmurunun qərarından şikayət verilməmişdir. Tələbkar ASC onlara qarşı yenidən 6 il keçdikdən sonra iddia qaldırmasını məqsədə müvafiq hesab etmirlər. TələbkarSC onlara qarşı öz iddialarında qeyd etdiyi kimi inşa olunmuş fərdi evlərinin sökülməsi, vaqon və avadanlıqların çıxarılması barədə qaldırdıqları iddia fərdi yaşayış evlərinin sökülməsinə dair hissəsində ekspert rəyində olduğu kimi X4 başqa öz təsdiqini tapmamışdır. X6 zəbt etdiyi torpaq sahəsindən istifadə etdiyini şikayətlərində qeyd etmişlər. 1,70 ha torpaq sahəsi xüsusi mülkiyyət olduğundan qiymətləndirilməmişdir. Göygöl rayon İcra məmuru xx.xx.2013-cü ildə 441 kv/m olan daş sexi kompleksinin 360.000 manata hərraca çıxarmışdır. Onu da qeyd edir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsinə düzəliş alaraq 1,70 ha torpaq sahəsində yerləşən 441 kv/m daş sexi kompleksini 360.000 manata hərraca çıxarmışlar. Yəni icra məmurunun sifarişi müxtəlif vaxtlarda olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi X19 izahatında göstərdi ki, o, Göygöl rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(066)-4/2024-50 nömrəli icra sənədi üzrə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş “icraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarla razı deyil. Belə ki, hazırkı mübahisə ilə bağlı vaxtilə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı əsasında onlara məxsus 441 kvadrat metrlik ərazidə yerləşən əmlak iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmiş və bununla da iş üzrə icraata xitam verilmişdir. Bunun üzərindən illər keçdikdən sonra iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən təkrar onlara qarşı oxşar mübahisə ilə bağlı iddia qaldırılması yolverilməzdir. Buna görə də hazırkı mübahisə ilə bağlı təkrar “icra sənədi üzrə icraata başlanılması”nı qanunsuz hesab edirlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən icra sənədi üzrə icraata xitam verilməsini, əks halda icra sənədinin mübahisə olunan əmlakın yerləşdiyi ərazi üzrə Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərilməsini xahiş etdi. O izahatına davam olaraq bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-4/2024 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsində mübahisələndirilsə də dəyişdirilmədən qüvvədə saxlanmış, bundan sonra kassasiya qaydasında şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 izahatında göstərdi ki, ona aid hissədə mübahisə olunan torpaq sahəsi 1995-ci ildən onun mülkiyyətində olmaqla həmin vaxtdan bəri torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsində tikdirmiş olduğu tikinti ilə bağlı mütəmadi kommunal xərcləri ödəmişdir. Həmin torpaq sahəsi ilə bağlı adına “Texniki pasport” sənədi mövcuddur. Sonradan Tələbkar ASC-nin tələbi ilə müəyyən əməkdaşlar tərəfindən torpaq sahələri ölçülmüş və ona məxsus əmlakın yerləşdiyi torpaq sahəsinin Tələbkar Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olduğu bildirilmişdir. Odur ki, hazırda ona məxsus torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində tikdirmiş olduğu tikilinin sökülməsi ilə bağlı icra sənədi üzrə icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraata başlama haqqında” qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X19 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016- cı il olan Çıxarışda qeyd edilən iddiaçı Tələbkar ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin istifadə etdiyi hissəsindən, həmin torpaq sahəsinin üzərində olan daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbardan çıxarılması, cavabdeh X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan çıxarışda qeyd edilən Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsindən çıxarılması və həmin 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsində tikmiş olduğu 79,0 kvadrat metr sahəsi olan tikilinin cavabdeh X6 hesabına sökülməsi qərara alınmışdır. Məhkəmə qətnaməsi üzrə icra sənədi 21 iyun 2025-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş icra olunması üçün ona həvalə olunmuş və tərəfindən həmin gün “icraata başlama haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və qərar borclunun icra sənədində qeyd olunan ünvanına rəsmi qaydada göndərilmişdir. Hazırkı mübahisə ilə bağlı bildirdi ki, sözügedən məsələyə Göygöl Rayon Məhkəməsində hüquqi qiymət verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə qətnaməsi qüvvədə saxlanılaraq icraya yönəldilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq icra məmuru tərəfindən “icra sənədi üzrə icraata başlanması” haqqında qərar qəbul edilmişdir. Odur ki, ərizəçilər tərəfindən icra məmurunun “icra sənədi üzrə icraata başlama haqqında” 21 iyun 2025-ci il tarixli qərarından verilmiş şikayət əsassızdır. Göstərilənləri nəzərə alara ərizəçilər tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 izahatında göstərdi ki, hazırkı mübahisə ilə bağlı bildirdi ki, sözügedən məsələyə Göygöl Rayon Məhkəməsində hüquqi qiymət verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə qətnaməsi qüvvədə saxlanılaraq icraya yönəldilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq icra məmuru tərəfindən “icra sənədi üzrə icraata başlanması” haqqında qərar qəbul edilmişdir. İllərlə davam edən məhkəmə çəkişməsində qarşı tərəfdən onlarla ərizə verilsə də heç biri əsaslı olmadığından təmin edilməmişdir. Odur ki, ərizəçilər tərəfindən icra məmurunun “icra sənədi üzrə icraata başlama haqqında” 21 iyun 2025-ci il tarixli qərarından verilmiş şikayət əsassızdır. Göstərilənləri nəzərə alara ərizəçilər tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-4/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh X15 qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) sökülməsi, vaqonun və avadanlıqların ərazidən çıxarılması tələbinə dair” iddiasının qismən təmin olunması, cavabdeh X19 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016- cı il olan Çıxarışda qeyd edilən iddiaçı Tələbkar ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin istifadə etdiyi hissəsindən, həmin torpaq sahəsinin üzərində olan daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbardan çıxarılması, cavabdeh X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan Çıxarışda qeyd edilən Göygöl rayonu Qşuşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsindən çıxarılması və həmin 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsində tikmiş olduğu 79,0 kvadrat metr sahəsi olan tikilinin cavabdeh X6 hesabına sökülməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-687/2025 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-4/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı təqdim edilən icra işinə dair qovluqdan görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-4/2024 saylı qətnaməsi üzrə icra sənədi icra edilməsi üçün Göygöl Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-4/2024 saylı icra sənədi üzrə icraatın başlanılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-4/2024 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar ASC-nin cavabdeh X15 qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) sökülməsi, vaqonun və avadanlıqların ərazidən çıxarılması tələbinə dair” iddiasının qismən təmin olunması, cavabdeh X19 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69- 12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016- cı il olan Çıxarışda qeyd edilən iddiaçı Tələbkar ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin istifadə etdiyi hissəsindən, həmin torpaq sahəsinin üzərində olan daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbardan çıxarılması, cavabdeh X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan Çıxarışda qeyd edilən Göygöl rayonu Qşuşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsindən çıxarılması və həmin 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsində tikmiş olduğu 79,0 kvadrat metr sahəsi olan tikilinin cavabdeh X6 hesabına sökülməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X19 və X8 tələbin 10 gün müddətində könüllü icra edilməsi, əks halda icra tələbinin məcburi qaydada icra ediləcəyi barədə xəbərdar edilmişlər. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında icra vərəqəsi verilmiş, icra məmuru qanunvericiliyin tələblərinə uyğun olaraq icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Hazırki halda mübahisələndirilən qərarın qanuniliyini və əsaslılığını istisna edən hal mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, e67804/2025-2-12 saylı icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə borclular X19, X8 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, e67804/2025-2-12 saylı icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə barədə borclular X19, X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar