Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-164/2025 30.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 2(066)-911/2024- 014 saylı icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli “qərarının ləğv edilməsi” barədə ərizəçi Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-911/2024 saylı icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7405.54 (yeddi min dörd yüz beş manat əlli dörd qəpik) manat əsas borcu, 1477.54 (min dörd yüz yetmiş yeddi manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8883.08 (səkkiz min səkkiz yüz səksən üç manat səkkiz qəpik) manat məbləğində borcun və 108.83 (yüz səkkiz manat səksən üç qəpik) manat dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərara əsasən, icra sənədinin Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan Tələbkar Açıq Səhmdar Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-911/2024 saylı qətnaməsi üzrə Borclu Tələbkar ASC-nin xeyrinə, cəmi 8883.08 (səkkiz min səkkiz yüz səksən üç manat səkkiz qəpik) manat məbləğində borcun və 108.83 (yüz səkkiz manat səksən üç qəpik) manat dövlət rüsumunun tutulması təklif edilmiş və icra qeydi icra olunması üçün Göygöl rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra qeydini icra etməmişdir. Göygöl rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü ilil tarixli, 2(066)-911/2024 saylı qətnaməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.2-ci və 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmaması müəyyən etməmişdir. Göygöl rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iş üzrə Tələbkar ASC-nin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş üzrə tələbkar və borclunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi izahat verərək icra işinə dair bütün mümkün hərəkətlərin edilməsinə dair icra işi materiallarının təqdim edilməsinin onlardan asılı olmayan səbəbdən mümkün olmamasını bildirmişdir. İş materiallarına əlavə edilmiş: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-911/2024 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7405.54 (yeddi min dörd yüz beş manat əlli dörd qəpik) manat əsas borcu, 1477.54 (min dörd yüz yetmiş yeddi manat əlli dörd qəpik)manat faiz borcu olmaqla, cəmi 8883.08 (səkkiz min səkkiz yüz səksən üç manat səkkiz qəpik) manat məbləğində borcun və 108.83 (yüz səkkiz manat səksən üç) manat dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması barədə” qərarına əsasən, borclunun mülkiyyətində heç bir əmlak və gəlirin aşkar edilmədiyi, həmçinin, Borclu icra sənədində göstərilən ünvanında yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildiyi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığı və bu barədə li akt tərtib olunduğu qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.3-cü maddəsinə əsasən, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə qaytarılır; 23.2-ci maddəsinə görə, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Hazırki halda icra məmuru tərəfindən qərar qəbul olunarkən, icra sənədinin icrasının mümkünsüzlüyü tam araşdırılmamış, məcburi icra tədbirləri görülməmiş, icra işi üzrə görülmüş tədbirlər barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli “icra sənədinin geri qaytarılması haqqında” qərar ləğv edilməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü ilil tarixli, 2(066)-911/2024 saylı icra sənədi icra olunması üçün Göygöl Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli “icra sənədinin geri qaytarılması haqqında” qərar ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü ilil tarixli, 2(066)-911/2024 saylı icra sənədi icra olunması üçün Göygöl Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №8(066)-164/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-164/2025
30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver