Məhkəmə qərarları › İş №8(066)-172/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-172/2023

20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-172/2023 20.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas katibliyi və X3 iştirakı ilə, X3 Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 193617/236 nömrəli icraata başlamaq haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə ərizə ilə müraciət edərək, Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 193617/23 nömrəli icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-09/23 saylı icra sənədi əsasında xx.xx.2023-cü il tarixli, 193617/23 nömrəli “icraata başlamaq haqqında” qərar qəbul etmişdir. Həmin qərardan narazıdır. İcra məmurunun qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 bildirdi ki, ona 7000 manat artıq faiz borcu yazıldığını və yazılan borcun silinməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Göygöl rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclаsınа gəlməmiş və gəlməmələrinin səbəbi bаrədə məlumаt verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə həmçinin qeyd edir ki, borclu X4 şikayət ərizəsində ona artıq faiz borcu yazıldığını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: X3 Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli, 193617/23 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar