Məhkəmə qərarları › İş №8(066)-180/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-180/2023

05.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-180/2023 05.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim X4 оğlunun sədrliyi, X1 kаtibliyi ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əliyev Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl rayon Məhkəməsinin 2(066)-211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat cəmi 300 manat məbləğində sabit məbləğdə aliment tutularqa Tələbkar Zabit qızına ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi üzrə Borclu heç bir üzrlü səbəb göstərmədən qərəzli olaraq borcu ödəməmişdir. Bu səbəbdən icra məmuru təqdimatla məhkəmə müraciət edərək borclunun məcburi gətrilməsinə dair təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əliyev məhkəməyə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, icra məmurunun məktubuna qiymət verib belə hesab edir ki, təqdimat MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən geri qaytarılsın. Belə ki, MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəsi geri qaytarılır. Bundan başqa, MPM-nin 108.1.6-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. Şərh olunanlara əsasən və MPM-nin 259, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əliyev Borclu məcburi gətirilməsi barədə təqdimat geri qayatarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qəlamdar Abbasov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-23-84 İş № 8(066)-180/2023 «04» oktyabr 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə (Göygöl şəhəri, S.Vurğun küçəsi 45A) Borclu (Göygöl şəhəri Nəsimi küçəsi ev 15) Tələbkar Zabit oğluna (Göygöl şəhəri A.Alı küçəsi ev 17 A ) Göygöl Rayon Məhkəməsinin 04 oktyabr 2023-ci il tarixli, 8(066)-180/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “ 01 ” vərəq. Hörmətlə, hakim:Qəlamdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar