Məhkəmə qərarları › İş №8(066)-189/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-189/2023

27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-189/2023 27.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılmasına dair qərarından Tələbkar şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək Göygöl rayon İcra və Probasiya Şöbəsinin sözügedən qətnaməsinin icra olunmadan geri qaytarılması barədə qərarını ləğv edib, icra vərəqəsinin yenidən icra olunması üçün icraya yönəldilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-783/2023 saylı qətnaməsi ilə ona xx.xx.2020-ci il tarixdə doğulmuş X2 ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan axşam saat 19:00-dək, hər il Yeni il və Novruz bayramlarında (görüş günləri həmin vaxta düşərsə həmin vaxtlar görüş günlərinə daxil edilməməklə) saat 11:00-dan saat 14:00-dək – sərbəst şəkildə (ananın iştirakı olmadan) ünsiyyətdə olmaq hüququ (görüş) verilmişdir. Qətnamə qanuni qüvvəsini almış və ona icra vərəqəsi verilmişdir. Lakin, Göygöl rayon İcra və Probasiya Şöbəsi əsassız olaraq qətnamənin icrasından boyun qaçırır. Bu səbəbdən də, Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq Göygöl rayon İcra və Probasiya Şöbəsi tərəfindən çıxarılmış qərarın təkrar icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə şikayəti və icra işini əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İş materiallarından aydın olur ki, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)- 783/2023 saylı icra sənədi Göygöl rayon Məhkəməsinə geri qaytarılmışdır. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qаnunun 43.1-ci mаddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə məhkəmə hesab edir ki, Göygöl rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-783/2023 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Göygöl rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-783/2023 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri, S.Vurğun 45A İş № 8(066)-189/2023 27 oktyabr 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə (Göygöl şəhəri, S.Vurğun küçəsi 45A) Tələbkar (Göygöl şəhəri, M.Müşfiq küçəsi, ev 73) Borclu (Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 74) Göygöl Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(066)-189/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “02” vərəq, “01” nüsxə Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar