Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-194/2023 27.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Cavabdeh icra məmuru X4, şikayətçilər X2, X3 və müdafiəçi X5 iştirakları ilə, Cavabdeh tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından icra sənədi üzrə X1, X8 və X9 tərəfindən verilmiş şikayətə Göygöl rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1, X8 və X9 şikayətlə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Cavabdeh tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişlər. Borclular şikayətlərini onunla əsaslandırmışlar ki, Gəncə Apellaysiya Məhkəməsinin 2(104)-90/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh icra məmuru X10 26 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərar tam əsassız və qanunsuzdur. Beləki, tərəflərindən Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Bu barədə icra şöbəsinə məlumat verilmişdir. Lakin buna baxmayaraq icra işi üzrə icraatın dayandırılması təmin edilməmişdir. Odur ki, Cavabdeh tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini və icra işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsini və icra işi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən şikayətçi X9 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçilərin vəkili X11 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək icra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında qərarı qəbul edərkən icra haqqında qanunun tələblərini pozmasını, Gəncə İnzibati Məhkəməsində mülkiyyət hüququnun yenidən elektron xəritə ilə müəyyən edilmiş koordinatlar əsasında dövlət qeydiyyatına alınması tələbinə dair iddia qaldırmalarını, icra haqqında qanuna əsasən mübahisə varsa icra işi üzrə icraatın dayandırılmalı olmasını nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh icra məmuru X10 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın qanuni və əsaslı olmasını, belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-90/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul etməsini, icra sənədinin dayandırılması ilə bağlı heç bir əsasın olmamasını bildirərək şikayətin rədd edilməsini xahiş etdi. İşdə olan Cavabdeh 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarında görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-90/2023 nömrəli icra sənədinə əsasən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsində qeyd edilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 8.4-cü maddəsinə əsasən əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Həmin qanunun 8.5-cü maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, Cavabdeh 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqına qərarı İcra Haqqında qanunun tələblərinə uyğun olaraq qəbul edildiyindən həmin qərardan verilmiş şikayət təmin edilməməli, Cavabdeh 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 15.2, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şikayət rədd edilsin. Cavabdeh 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqına qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №8(066)-194/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-194/2023
27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver