Məhkəmə qərarları › İş №8(066)-198/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-198/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-198/2023 13.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Göygöl rayon İcra Şöbəsinin icra məmuru X1 borcluya məxsus olan mənzilin üzərinə həbs qoyulmasına dair təqdimatına 13 noyabr 2023-ci il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon İcra Şöbəsinin icra məmuru Samir Məmmədov borcluya məxsus mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu 39047.23 manat kredit borcu və 204.53 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Tərəfimizdən görülmüş məcburi icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki , Borclu adına Honda İnsight minik markalı , **-HZ-*** dövlət qeydiyyat nişanlı və Ford Fusion markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar qeydə alınmışdır. İş üzrə xəbərdarlığın surətindən görünür ki, Borclu tələbin icra olunması bildirilmiş və məsuliyyət barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Göstərilən Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına olan Honda İnsight minik markalı , **- HZ-*** dövlət qeydiyyat nişanlı və Ford Fusion minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə təyin edilmiş borcun məcburi qaydada tutulmasını təmin etmək məqsədilə Borclu adına olan Honda İnsight minik markalı , **-HZ-*** dövlət qeydiyyat nişanlı və Ford Fusion minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qəlamdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar