Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-20/2024 15.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 kаtibliyi ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun avtomaşının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus «KHAZAR LX» markalı, **-FY-*** d.q.n.n-lı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən Borclu 2442.03 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə həyata keçirilən tədbirlər nəticəsində borclu könüllü olaraq icra sənədi üzrə tələbini təmin etməmişdir. Elektron İcra Sistemindən Borclu məxsus «KHAZAR LX» markalı, **-FY-*** d.q.n.n-lı avtomobilin olması aşkar olunmuşdur. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən Borclu 2442.03 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin elektron məlumat sistemindən çıxarışın surətindən görünür ki, «KHAZAR LX» markalı, **-FY-*** d.q.n.n-lı avtomobil Borclu məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olan Borclu mülkiyyətində olan «KHAZAR LX» markalı, **-FY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 8(066)-20/2024 «26» fevral 2024-cü il Göygöl Rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Orxan Əliyevə Hörmətli Orxan müəllim! Göygöl Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 8(066)-20/2024 nömrəli qərardadının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti (02) vərəq. Hörmətlə, hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №8(066)-20/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-20/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver