Məhkəmə qərarları › İş №8(066)-203/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-203/2023

01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-203/2023 01.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Borclu X1 iştirakı ilə ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına 01 dekabr 2023-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Məmmədov ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-386/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1996-cu ildə anadan olmuş Borclu 30000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcraata başlamq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu gödərilmiş, icra sənədində olan tələbi könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Sözügedən icra sənədinin icrasını təmin etmək üçün, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq xx.xx.1996-cı ildə anadan olmuş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu iddianı qəbul etmədiyini , Gəncə Apellyasiya məhkəməsini qərarını 10 gündür götürdüyünü və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-386/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə razılaşmadığını və qərardan şikayyət verəcəyini bildirərək iddianın rədd olunmasdını xahiş etdi Məhkəmə borclunun ifadəsini, təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan xəbərdarlığın surətindən görünür ki, Borclu tələbin icra olunması bildirilmiş və məsuliyyət barədə xəbərdarlıq olunmuşdur. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Məmmədov təqdimatı təmin edilməli, Göygöl rayonu Qızılca kəndinə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-386/2023 saylı, xx.xx.2023-cu il tarixli icra sənədi icra olunandək məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. xx.xx.1985-ci ildə anadan olmuş Borclu ölkədən getmək hüququ Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-386/2023 saylı, xx.xx.2023-cu il tarixli icra sənədi icra olunandək məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 8(066)-203/2023 01 dekabr 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Borclu, Göygöl rayonu Qızılca kəndinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(066)-203/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti «01» vərəq. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar