Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-205/2023 08.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məcburi gətirilməsi barədə təqdimatına 08 dekabr 2023-cü il tarixdə, Göygöl rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsalə Bağırova Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Göygöl rayonu Məkəməsinin 3(002)-308/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu 430 manat məbləğin tutularaq Tələbkar MMC-nin hesabına ödənilməsi qərara alınməşdır. Borclu tələbin könüllü icrası üçün bildiriş göndərilmiş, şifahi və yazılı xəbərdarlıq edilmiş , müəyyən vaxt verilməsinə baxmayaraq, borclu borcundan ödəməmiş , sonrakı müddətdə icra sənədini icra etməkdən imtina etmiş və icra şöbəsinə gəlməkdən yayınmışdır. Borclunun ünvanına xəbərdarlıqlar gödərilməsinə baxmayaraq icra məmurunun çağrışlarına gəməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir Odur ki Göygöl şəhəri A.Hacıyev küçəsi ev 58-də qediyyatda olan və yaşayan Borclu Göygöl rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Borclu tələbin icra olunması və məsuliyyət barədə xəbərdarlıq olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş qərarın icrasının həyata keçirilməsi məqsədilə Borclu məcburi qaydada Göygöl rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. Göygöl şəhəri A.Hacıyev küçəsi ev 58-də qediyyatda olan və yaşayan Borclu məcburi qaydada Göygöl rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Göygöl rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 8(066)-205/2023 08 dekabr 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Borclu Göygöl şəhəri A.Hacıyev küçəsi ev 58 Göygöl rayon məhkəməsinin 8(066)-205/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №8(066)-205/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-205/2023
08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver