Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-210/2023 21.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Borclu məxsus avtomobilin üzərindən həbsin qoyulması barədə təqdimatına 21 dekabr 2023-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon İcra Şöbəsinin icra məmuru Asim Verdiyev borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Göygöl rayon Məhkəməsinin 2(066)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 7756.75 manat borcu və 97.57 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Tərəfimizdən görülmüş məcburi icra tədbirləri nəticəsində Borclu adına “Qaz 31105” minik markalı **-BX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmişdir. Borclu 7756.75 manat borcu və 97.57 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsini təmin etmək üçün , Borclu adına olan “Qaz 31105” minik markalı **-BX- *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasını və X3 Şöbəsinin cərimə meydançasına salınmasını xahiş etmişdir İş üzrə xəbərdarlığın surətindən görünür ki, Borclu tələbin icra olunması bildirilmiş və məsuliyyət barədə xəbərdarlıq olunmuşdur. Həmin avtomaşının üzərinə həpis qoyulmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Göstərilən Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına “Qaz 31105” minik markalı **-BX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Göygöl rayon Məhkəməsinin 2(066)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə təyin edilmiş borcun məcburi qaydada tutulmasını təmin etmək məqsədilə Borclu məxsus olan “Qaz 31105” minik markalı **-BX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 8(066)-210/2023 21 dekabr 2023-cü il Göygöl rayon İcra Şöbəsinin rəisi vəzifəsini əvəz edən cənab Orxan Əliyevə Borclu Göygöl rayonu Çaykənd kəndi Göygöl Rayon Məhkəməsinin 8(066)-210/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardadın surəti «01» vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №8(066)-210/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-210/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver