Məhkəmə qərarları › İş №8(066)-27/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-27/2024

19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-27/2024 19.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Borclu Göygöl Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Babək Rayon Məhkəməsinin 2(079)-20/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Borclu xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 150 manat aliment tutularaq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu tələbin könüllü icrası üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq icra məmurunun çağırışlarına üzrsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bununla da, borclu icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Göstərilənləri nəzərə alaraq təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları və icra işi ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Babək Rayon Məhkəməsinin 2(079)-20/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Borclu xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 150 manat aliment tutularaq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, təqdimata əlavə olunmuş sənədlərdə borclunun tələbin könüllü icrası haqqında bildirişi və xəbərdarlıqları alması, icra idarəsinə dəvət edilməsi və ya bu barədə məlumatlı olması görünmür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən, Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Məhkəmə qeyd edir ki, məcburi gətirilmə haqqında icra məmurunun təqdimatı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edən maddənin tərkib hissəsi olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinin bir mərhələsidir. Belə ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. Məhz bu aspektdən yanaşdıqda nəzərə alınmalıdır ki, qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanunun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İş materiallarına borcluya tələbin könüllü icrası barədə bildirişin və icra sənədini icra etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıqların borclu tərəfindən qəbul edilməsi, icra idarəsinə çağırılması barədə heç bir sübut əlavə edilməmiş, bu da borclunun İcra İdarəsinə çağırılması və bu barədə məlumatı olması kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, belə vəziyyətdə borcluya tələbin könüllü icrası barədə bildirişi, xəbərdarlığı və icra idarəsinə dəvət edilməsi barədə sənədlərin həqiqətən göndərilməsini və onun tərəfindən alınmasını müəyyən etmədən, borclunun məcburi gətirilməsi barədə təqdimatın təmin edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olmaqla yanaşı məhkəmə qərarı ilə şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına da səbəb ola bilər. Beləliklə məhkəmə hesab edir ki, icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıqların borcluya çatdırılması qanuna müvafiq qaydada təmin olunmamış, borclu icra idarəsinə dəvət edilməmiş, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmiş, buna görə də təqdimat rədd edilməlidir. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Təqdimat təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar