Məhkəmə qərarları › İş №8(066)-348/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-348/2025

10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-348/2025 10.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu iştirakları ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 22634.60 manat alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Göygöl rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi dərhal könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asim Verdiyev təqdimatı müdafiə edərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 22634.60 manat alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2025-ci il tarixində Göygöl rayon İcra və probasiya şöbəsinə daxil olmuş və həmin tarixdədə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Tərəflərindən borclunun adına aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin adına heç bir gəlir yeri aşkar edilməmişdir. Tələbkar icra şöbəsinə şifahi qaydada müraciət edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Borclu icra şöbəsinə gəlməsi təmin edilərək xx.xx.2025-ci il tarixdə ona icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Odur ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu bildirmişdir ki, 2025-ci ilin sentyabr ayında qərar qəbul edilmişdir. Maddi imkanı olduqca borcundan ödəniş edir. Əvvəllər 1 dəfə 1 il 3 ay müddətində Rusiyada olmuşdur. Hazırda ölkədən çıxmaq fikri yoxdur. Təqdimatın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş, Göygöl rayon Məhkəməsinin 2(066)-864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 19356,52 manat əsas, 3120,25 manat faiz borcu olmaqla, cəmi 22476,77 (iyirmi iki min dörd yüz yetmiş altı manat yetmiş yeddi qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 157,43 (bir yüz əlli yeddi manat qırx üç qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İşdə olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Göygöl rayon Məhkəməsinin 2(066)-864/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan bildirişdən görünür ki, Borclu Göygöl rayon Məhkəməsinin 2(066)- 864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin dərhal icra olunması tələb olunmuşdur. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib, tələbin dərhal icrası barədə bildirişin borclu tərəfindən üzərinə imza edilməklə qəbul edilməsi və icra sənədi üzrə borcun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Göygöl rayon Məhkəməsinin 2(066)-864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borc ödənilənədək, xx.xx.1989-cu ildə Göygöl rayonu Topalhəsənli kəndində doğulmuş, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar