Məhkəmə qərarları › İş №8(066)-4/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-4/2024

23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-4/2024 23.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına 23 yanvar 2024-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Məmmədov ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Göygöl rayon Məhkəməsinin 2(066)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 10785.78 manat kredit borcu və ödənilmiş 122.76 manat dövlət rüsumu tutularaq tələbkar “Azər- Türk Bank “ASC-nin xeyrinə ödənilməlidir. Sonrakı icra hərəkətləri nəticəsində məlum olmuşdur ki Borclu vaxtaşırı xarici dövlətə gedib-gəlməklə sonuncunun ordan uzun müddət qayıtmayacağını və beləliklədə Göygöl rayon Məhkəməsinin 2(066)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasından yayınacağı ehtimalı vardır . Sözügedən icra sənədinin icrasını təmin etmək üçün, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq xx.xx.1995-ci ildə Xanlar rayonu Yeni Zod kəndində anadan olmuş Göygöl rayonu Yeni Zod kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində borcluya və Göygöl rayon İcra və Probasiya Şöbəsinə xəbərdarıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan xəbərdarlığın surətindən görünür ki, Borclu tələbin icra olunması bildirilmiş və məsuliyyət barədə xəbərdarlıq olunmuşdur. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Məmmədov təqdimatı təmin edilməli, xx.xx.1995-ci ildə Xanlar rayonu Yeni Zod kəndində anadan olmuş Göygöl rayonu Yeni Zod kəndində yaşayan Borclu ölkədən getmək hüququ Göygöl rayon Məhkəməsinin 2(066)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunandək məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. xx.xx.1995-ci ildə Xanlar rayonu Yeni Zod kəndində anadan olmuş Göygöl rayonu Yeni Zod kəndində yaşayan Borclu ölkədən getmək hüququ Göygöl rayon Məhkəməsinin 2(066)-575/2023 saylı, xx.xx.2023-cu il tarixli icra sənədi icra olunandək məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 8(066)-4/2024 23 yanvar 2024-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Borclu, Göygöl rayonu Yeni Zod kəndinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Göygöl Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 8(066)-4/2024 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti «01» vərəq. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar