Məhkəmə qərarları › İş №8(066)-63/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-63/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-63/2024 14.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və Borclu iştirakları ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-165/2023 nömrəli qərardadı ilə borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)- 165/2023 nömrəli qərardadı ilə Borclu məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Qərarın icrasını təmin etmək məqsədilə icra məmuru Göygöl Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-165/2023 saylı qərardadı ilə Borclu məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Hazırda borclu fevral ayı da, daxil olmaqla aliment borcunu tam ödəmişdir. Odur ki, icra sənədi üzrə üzərinə həbs qoyulmuş “HYUNDAİ ELANTRA” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsalə Bağırova izahatında iş üzrə borclunun hazırki vaxta heç bir borcu olmadığını bildirdi. Məhkəmə iclasında Borclu izahatında icra sənədi üzrə heç bir borcu olmadığını bildirdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin 2(076)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, borclu tərəfindən tələbkara məxsus kart hesabına 556 (beş yüz əlli altı) manat ödəniş edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, borlu Borclu tərəfindən 100.50 (bir yüz manat əlli qəpik) ödəniş edilmişdir. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinə göndərdiyi N-111425/23 saylı, xx.xx.2024-cü il tarixli təqdimatda göstərmişdir ki, hazırki dövrdə icra sənədi üzrə zərurət aradan qaldırıldığından Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-165/2023 saylı qərardadı əsasında Borclu məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi məqsədəmüvafiqdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan avtomaşının üzərinə həbs qoyulmasına artıq heç bir zərurət qalmamışdır. Belə ki, həmin avtomaşının üzərinə həbs qoyulmasına əsas olmuş icra sənədi üzrə borc restrukturizasuya olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə əmlakın üzərindəki həbsin götürülməsi onun gələcəkdə icrasına da çətinlik yaratmır. Şərh olunanlara əsasən və MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 8(066)-63/2024 «27» mart 2024-cü il Göygöl Rayon İcra və Probasiya Şöbəsinə Göygöl Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 8(066)-63/2024 nömrəli qərardadının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti (01) vərəq. Hörmətlə, hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar