Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-81/2024 30.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X6 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asim Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X4 məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)- 45/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu, X3 cəmi 10501,54 manat borc və 200 manat dövlət rüsumu alınaraq iddiaçı “X2” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə borclu X4 10701 manat borcu yaranmışdır. Borclu X5 tələbin könüllü icrası üçün bildiriş göndərilmiş, şifahi və yazılı xəbərdarlıq edilmiş, borclu borcundan ödəniş etməmiş sonrakı müddətdə icra sənədini icra etməkdən imtina etmiş və icra şöbəsinə gəlməkdən yayınmışdır. Bundan sonra borclu X4 əmlakına baxış keçirilməsi üçün borclunun faktiki yaşadığı Göygöl rayonunun Balçılı kədinə gedilmiş lakin borclunun olmaması səbəbindən icra tədbiri baş tutmamışdır. Borclunun ünvanına xəbərdarlıqlar gödərilməsinə baxmayaraq icra məmurunun çağrışlarına üzürsüz səbəbdən gəməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Buna görə də hesab etmişdir ki, Göygöl rayonu Balçılı kəndində yaşayan X4 Göygöl Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Göstərilənlərə və "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, X4 Göygöl rayon İcra və Probasiya Şöbəsinə məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Göygöl Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu, X3 cəmi 10501,54 manat borc və 200 manat mediasiya rüsumu alınaraq iddiaçı “X2” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan 31 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraata qəbul edilmişdir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdə borclunun məcburi gətirilməsi haqqında qərarı, tələbin könüllü icrası haqqında bildirişi nə vaxt alması, icra məmuru tərəfindən ona xəbərdarlıq edilməsi və ya bu barədə məlumatlı olması görünmür. Belə ki, borclu X5 icra məmuru tərəfindən hər hansı bir sənədin ünvanlanması və onun tərəfindən alınmasını təsdiq edən sənəd təqdimata əlavə edilməmişdir. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icra sənədinin icrası üzrə hər hansı tədbirin görülməsi barədə təqdimata sübut əlavə edilməmişdir. Həmçinin təqdimata əlavə olunmuş sənədlərdən borclunun icra məmurunun çağırışlarına gəlməməsi, tələbi könüllü icra etməməsi, məcburi qaydada icra şöbəsinə gətirilməsinin zəruriliyi göstərilməmiş və belə halları təsdiq edən sübutlar təqdimata əlavə edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu X4 məcburi gətirilməsi barədə verilmiş təqdimat əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X4 «məcburi gətirilməsi barədə» verilmiş təqdimat rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №8(066)-81/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-81/2024
30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver