Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-84/2024 03.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X3 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asim Verdiyev tərəfindən veilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asim Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 1592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2442.03 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tərəflərindən görülümüş məcburi icra tədbirləri nəticəsində Borclu adına “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avto maşın qeydə alınmışdır. Borclu 6135,10 manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsini təmin etmək üçün, məcburi qaydada borclunun qeyd olunan əmlakı hesabına ödənilməsini təmin etmək məqsədi ilə Göygöl rayon Məhkəməsinin 8(066)-20/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bununla bağlı tələbkar "xxxx" KB ASC tərəfindən Göygöl rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, borclu borcunu tam şəkildə ödəmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1 və 50-ci maddələrinə əsasən Borclu məxsus məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli 1222nkNFT/22 saylı müqavilə üzrə 2100.14 manat əsas, 295.63 manat faiz borcun, 2 manat cərimə borcun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 2397.77 manat borcun, 44.26 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 8(066)-20/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 1592/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İşdə olan tələbkar "xxxx" KB ASC tərəfindən Göygöl Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Göygöl Rayon Məhkəməsinin e-2(066)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi Borclu tərəfindən "xxxx" KB ASC-yə olan borcu xx.xx.2023-cü il tarixdə tam icra edilmiş, heç borc qalmadığını bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli 1222nkNFT/22 saylı müqavilə üzrə 2100.14 manat əsas, 295.63 manat faiz borcun, 2 manat cərimə borcun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 2397.77 manat borcun, 44.26 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məcburi icra tədbiri olaraq Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı əsasında Göygöl Rayon Məhkəməsinin 8(066)-20/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar Göygöl Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək Göygöl Rayon Məhkəməsinin e- 2(066)-1592/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi borclu tərəfindən tam icra edildiyini qeyd etmişdir. Bununla da müəyyən olunur ki, icra sənədi tam icra edilmiş, lakin Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməmiş, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Göygöl Rayon Məhkəməsinin 8(066)-20/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, tələbkarın icra sənədi üzrə borclunun borcu tam şəkildə ödəməsini bildirdiyindən, hazırda icra sənədi üzrə borc məbləği olmadığından, borclunun mülkiyyətində olan avtomobilə tutmanın yönəldilməsi imkanı itirilmişdir. Hazırda borclunun mülkiyyətində olan avtomobilin üzərində həbsin saxlanılması onun mülkiyyət hüquqlarının əsassız pozulmasıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədi üzrə Göygöl Rayon Məhkəməsinin 8(066)-20/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1592/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə Göygöl Rayon Məhkəməsinin 8(066)-20/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “KHAZAR LX” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №8(066)-84/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-84/2024
03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver