Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-86/2024 08.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Göygöl Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə”təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əliyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göygöl rayon Məhkəməsinin 2(066)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 8116 manat məbləğində pul vəsaiti və 101.16 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur.İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir.İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin vaxtdan borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmadığından cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir.Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.2001-ci ildə anadan olan, Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş, Göygöl rayon Məhkəməsinin 2(066)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 8116 manat məbləğində pul vəsaiti və 101.16 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Göygöl rayon Məhkəməsinin 2(066)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Göygöl rayon Məhkəməsinin 2(066)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu bildirişi imzalayaraq qəbul etmişdir. Məhkəmətəqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib, tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən üzərinə imza edilməklə qəbul edilməsi və icra sənədi üzrə borcun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Göygöl rayon Məhkəməsinin 2(066)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc ödənilənədək, xx.xx.2001-ci ildə Kəlbəcər rayon Bağırlı kəndində doğulmuş, Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №8(066)-86/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-86/2024
08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver