Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-90/2024 17.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Tələbkar iştirakı ilə. Göygöl Rayon Məhkəməsinin 2(066)-524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, icra sənədinin izah olunması barədə Goranboy rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə. müəyyən etdi: Goranboy rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl rayon məhkəməsindən verilmiş və xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş 2(066)-524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində Borclu xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınaraq Tələbkar verilməsi qət edilmişdir. Tələbkar müraciət edərək borclunun digər gəlirlərindəndə tutulmasını bildirmiş, qətnamədə digər gəlirlərin qeyd olunmaması tələbkarın nəzərinə çatdırılmışdır.Odur ki, borclunun əmək haqqından aylıq gəlirlərindən başqa digər gəlirlərindəndə tutulub tutulmaması məsələsi üçün izah verilməli olduğundan Göygöl Rayon Məhkəməsinin 2(066)-524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Goranboy rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə və borclu Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Tələbkar bildirdi ki, icra məmuru Borclu aylıq əmək haqqından başqa borclunun əldə etdiyi digər gəlirlərinə alimentlə bağlı tələbi yönəltmir və icra sənədinə izah verilməsini zəruri olmasını ona bildirir. O, bu səbəbdən Göygöl Rayon Məhkəməsinin 2(066)-524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən tələbkarın qətnaməyə izah verilməsi ilə bağlı izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1–ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Qətnaməyə izahla bağlı qeyd edilməlidir ki, iddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu qızı Aysunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə 200 manat qət edilməsini xahiş etmiş, və sonradan iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh hərbi hissədə işlədiyindən xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay gəlirlərinin dörddə bir hissəsi qədər aliment qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Göygöl rayon məhkəməsinin 2(066)- 524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Borclu xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar xeyrinə tutulan alimentin miqdarı 12 fevral 2018-ci il tarixdən artırılaraq Borclu aylıq gəlirlərinin ¼ hissəsi qədər alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. Məhkəmə Göygöl Rayon Məhkəməsinin 2(066)-524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnamənin mətnini ərizənin dəlilləri ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-524/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində hər hansı anlaşmazlıq və ya izaha ehtiyacı olan hal, söz və ifadə yoxdur, icra sənədi tam aydın şəkildə yazılmış, iddia tələbi daxilində qərar qəbul etmişdir və heç bir izaha zərurət yoxdur. Belə ki, icra sənədində aydın şəkildə Borclu aylıq gəlirlərinin ¼ hissəsi miqdarında aliment təyin edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tələbin aydın olmasına və qətnamədə və icra sənədində heç bir şübhə və anlaşılmamazlıq olmamasına baxmayaraq, Goranboy rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə heç bir əsaslandırma aparmadan və hər hansı bir əsaslı dəlil irəli sürmədən ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin izah olunmasını tələb etdiyindən, icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Goranboy rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(066)-524/2018 saylı icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №8(066)-90/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-90/2024
17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver