Məhkəmə qərarları › İş №8(066)-92/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-92/2024

16.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-92/2024 16.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi barədə Borclu şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi Borclu ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizəçi Borclu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Notariat Kontorunun 8İ-497 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan və digər borclular X1, Məhərrəmzadə Coşqun Hicran oğlundan müştərək qaydada cəmi 1247,68 manat pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə borc Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü tarixli qərarına əsasən onun və digər borcluların əmək haqqına yönəldilmişdir. Hər ay əmək haqqından 50% tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilir. Həmin qərardan narazıdır və qərarın ləğv edilməsini istəyir. Belə ki, həmin pullar kredit götürəndən tutulmalı olduğu halda ondan tutulması qanunsuzdur. Borclunun əmlakı və digər gəlirləri yoxlanılmalı olduğu halda heç bir tədbir görülməyərək onun əmək haqqısına yönəldilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarımalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Göygöl Rayon Notariat Kontorunun 8İ-497 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu və digər borclular X1, Məhərrəmzadə Coşqun Hicran oğlundan müştərək qaydada cəmi 1247,68 manat pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İşdə olan Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü tarixli qərarından görünür ki, Göygöl Rayon Notariat Kontorunun 8İ-497 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borc Borclu əmək haqqısının 50%-nə yönəldilmişdir. Göründüyü kimi, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair qərar 05 mart 2024-cü il tarixdə qəbul edilmiş və həmin qərarın surətini aldıqdan sonra 10 (on) gün müddətində məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Borclu tərəfindən verilmiş şikayət ərizəsi 16 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və şikayət ərizəsinə qərarın surətinin hansı tarixdə alınmasına dair sübut əlavə etməmişdir. AzərbaycanRespublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1.-ci maddəsinə əssasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 361.1.-ci maddəsinə əssasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti: 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Borclu şikayət ərizəsi baxılmadan ona geri qayarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 133, 361, 363, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar