Məhkəmə qərarları › İş №8(066)-94/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-94/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-94/2024 14.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və ərizəçi Borclu, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və X4, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Ərizəçi Borclu Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)- 198/2023 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən həbsin və məhdudiyyətin götürülməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı qərardadına əsasən onun Borclu mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin və məhdudiyyətin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Borclu məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 35937.38 manat əsas borc, 3002.43 manat) faiz borcu 107.42 manat cərimə borcu olmaqla cəmi 39047,23 manat borc və ödənilmiş 204,53 manat dövlət rüsumu məndən və X5 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Göygöl rayon İcra və Probasiya Şöbəsi mənim mülkiyyətimdə olan "Honda İnsight" minik markalı 77- HZ-739 dövlət qeydiyyat nişanlı və "Ford Fusion" minik markalı, **-SO-*** dov lot nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla Göygöl rayon məhkəməsinə müraciət etmişdir.Göygöl rayon Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, 8(066)-198/2023 nömrəli qərardadı ilə Göygöl rayon İcra və Probasiya Şöbəsinin təqdimatı tanun edilərək mənim mülkiyyətimdə olan "Honda İnsight" minik markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı və "Ford Fusion" minik markalı, **-SO-*** dovlet qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Hesab edir ki, Göygöl rayon məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, 8(066)-198/2023 nömrəli qərardadı qismən ləğv edilməlidir. Belə ki, məhkəmənin qərardadına əsasən mənim mülkiyyətimdə olan hər iki avtomobilin habs qoyulubdur. Mən borcumu etiraf edirəm. Borcumun ödənilməsindən yayınmıram. Maddi imkanım olduqea borcumdan ödənişlər edirəm. Məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə icra olunması üçün göndərilmış, 2023-cü ilin oktyabr ayında 2024-cü ilin may ayına qədər qətnamə üzrə borcdan ümumilikdə 16.658 manat (on altı min altı yüz əlli səkkiz manat) manat ödəniş etmişəm və bu günə qalıq borcum 22.570.38 (iyirmi iki min beş yüz yetmış manat otuz səkkiz qəpik) manat təşkil edir. Qalan borcumdan isə hər ay əmək haqqımdan 50% faiz yəni 1000 (bir min) manat tutqu aparılaraq həyata keçirilir. Əlavə olaraq digər borclu X8 aidd hissədə isə Bakı şəhərində icra olunur və onunda əmək haqqısının 50% nə tutqu aparılması üçün qərar göndərilmişdir. Həmçinin icra sənədi üzrə borc məbləği digər borclununda əmək haqqısına yönəldilmiş və hər ay onunda əmək haqqınsının 50% tutularaq tələbkara ödənilir. Avtomobillərimin üzərinə qoyulmuş həbs mənim avtomobillərimin sahiblik, istifadə və sərəncam hüquqlarımı tamamilə məhdudlaşdırmışdır. Bu səbəbdən də hesab edirəm ki, ən azından mülkiyyətimdə olan "Honda İnsight" minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbs qərarı məhkəmə qətnaməsinin icrası tam yekunlaşana qədər saxnanılmaqla, digər avtomobilim olan "Ford Fusion" minik markalı, 99-SO-99 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki "Ford Fusion" minik markalı, 99-SO-99 dövlət qeydiyyat nişanlı avtomobil onun özünün istifadəsinə lazımdır. Ona görə də mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin və məhdudiyyətin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 göstərdi ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 35937.38 manat əsas borc, 3002.43 manat) faiz borcu 107.42 manat cərimə borcu olmaqla cəmi 39047,23 manat borc və ödənilmiş 204,53 manat dövlət rüsumu məndən və X5 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Göygöl rayon İcra və Probasiya Şöbəsi mənim mülkiyyətimdə olan "Honda İnsight" minik markalı 77- HZ-739 dövlət qeydiyyat nişanlı və "Ford Fusion" minik markalı, **-SO-*** dov lot nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla Göygöl rayon məhkəməsinə müraciət etmişdir.Göygöl rayon Məhkəməsinin 13 noyabr 2023-ci il tarixli, 8(066)-198/2023 nömrəli qərardadı ilə Göygöl rayon İcra və Probasiya Şöbəsinin təqdimatı tanun edilərək mənim mülkiyyətimdə olan "Honda İnsight" minik markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı və "Ford Fusion" minik markalı, **-SO-*** dovlet qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədi tam icra edilməmişdir. Ona görə də ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 da X6 ilə eyni məzmunlu ifadə verməklə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə olan 35937.38 manat əsas borc, 3002.43 manat) faiz borcu 107.42 manat cərimə borcu olmaqla cəmi 39047,23 manat borcdan Borclu tərəfindən 20206,77 manat ödənilmiş qalıq borc 19044,99 manat təşkil edir. Məhkəmə ərizəçi Borclu, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və X4, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatını dinləyib və ərizəyə əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədindən məlum olur ki, borclular X5 və Borclu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 35937.38 manat əsas borc, 3002.43 manat) faiz borcu 107.42 manat cərimə borcu olmaqla cəmi 39047,23 manat borc və ödənilmiş 204,53 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 08 aprel 2024-cü il tarixli qərarından məlum olur ki, "xxxx" QSC-də işləyən Borclu əmək haqqının 50 faizi Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsinə yönəldilmişdir. İşə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)- 198/2023 saylı qərardadından məlum olur ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə Borclu mülkiyyətində olan "Honda İnsight" minik markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı və "Ford Fusion" minik markalı, **-SO-*** dovlet qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İşə əlavə edilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2024-cü il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə olan 35937.38 manat əsas borc, 3002.43 manat) faiz borcu 107.42 manat cərimə borcu olmaqla cəmi 39047,23 manat borcdan Borclu tərəfindən 20206,77 manat ödənilmiş qalıq borc 19044,99 manat təşkil edir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında abğlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə zamin qismində iştirak etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular X5 və Borclu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 35937.38 manat əsas borc, 3002.43 manat) faiz borcu 107.42 manat cərimə borcu olmaqla cəmi 39047,23 manat borc və ödənilmiş 204,53 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi ücra üzrə Borclu tərəfindən 20206,77 manat ödəniş edilmiş, Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1824/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə Borclu mülkiyyətində olan "Honda İnsight" minik markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı və "Ford Fusion" minik markalı, **-SO-*** dovlet qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Ərizəçi isə onun istifadəsinə zəruri olan "Ford Fusion" minik markalı, **-SO-*** dovlet qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin götürülməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır. Beləki, Borclu icra sənədi üzrə borcun çox hissəsini özü tək olaraq ödəmiş, onun əmək haqqının yarısı isə həmin icra sənədi üzrə tutulur. Həmçinin ona məxsus olan Honda İnsight" minik markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində də həbs qoyulmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı qərardad qismən ləğv edilməli və Borclu mülkiyyətində olan "Ford Fusion" minik markalı, **-SO-*** dovlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs və məhdudiyyət götürülməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı saylı qərardadı qismən, "Ford Fusion" minik markalı, **-SO-*** dovlet qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissədə, ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 13 noyabr 2023-cü ci il tarixli, 8(066)-198/2023 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda mülkiyyətində olan "Ford Fusion" minik markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomiobilinin üzərinə qoyulmuş həbs və məhdudiyyət götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Məmmədov Mübariz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar