Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-104/2021 01.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, tələbkar X2 hüquqi varisi Daştəmirov Balasoltan Camaləddin oğlunun nümayəndəsi X3 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2-519/2006 saylı qətnaməsinə izah verilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlovun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2-519/2006 saylı icra vərəqəsinə JN-158, KOD ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X9, X12 və X10 verilmiş 2.87 ha torpaq sahəsindən hər biri üçün 0.57 ha hesabı ilə Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X9 və X4 torpaq sahələrinin ayrılması təmin olunmalıdır. Qətnamə payları bərabər torpaq mülkiyyətçisi kimi Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X9 və X4 adına 1.71 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktının verilməsi və payları bərabər torpaq mülkiyyətçisi kimi Borclu və onun yetkinlik yaşına çatmamış uşağı X6 adına 1.16 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktının verilməsi üçün əsasdır. Tərəflərə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktları verilərkən onların adına olan JN-158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ləğv edilməsi üçün əsas hesab edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlov ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2- 519/2006 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlov İcra Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2-519/2006 saylı qətnaməsinə JN-158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X9, X12 və X10 verilmiş 2.87 ha torpaq sahəsindən hər biri üçün 0.57 ha hesabı ilə Babayeva Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X9 və X4 torpaq sahələrinin hansı istiqamətdən ayrılması hissəsində izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X2 hüquqi varisi Daştəmirov Balasoltan Camaləddin oğlunun nümayəndəsi X7 izahat verərək göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2-519/2006 saylı icra vərəqəsinə əsasən JN-158, KOD ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X9, X12 və X10 verilmiş 2.87 ha torpaq sahəsindən hər biri üçün 0.57 ha hesabı ilə Babayeva Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X9 və X4 torpaq sahələrinin ayrılması təmin olunmalıdır. İcra məmuru qətnaməyə izah verilməsini istəmiş və ərizəsində qeyd etmişdir ki, qeyd olunan icra sənədində payçılara düşən torpaq paylarının torpaq sahəsinin hansı istiqamətindən ayrılması göstərilmədiyindən, həmin icra sənədinin icrası mümkün olmamışdır. Hesab edir ki, bu tamamilə əsassızdır. Belə ki, JN- 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisindən birgə bərabər torpaq payçıları olan Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızına, X5, X8 və X10 Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 saylı qərarı ilə 2.87 ha torpaq sahəsi verilmişdir. JN 0390 seriyalı 30204028 kodlu Dövlət Akıtndan da görünür ki, sözügedən qətnamə icra olunmuş və X6 adına yeni Dövlət Aktı və həmin Dövlət Aktı əsasında Çıxarış verilmiş, sonra da 0,57 ha torpaq sahəsi başqa şəxslərə alqı-satqı yolu ilə satılmışdır. JN 0389 seriyalı 30204028 kodlu Dövlət Aktından müəyyən olunur ki, qeyd olunan qətnamə icra olunaraq X1 2,30 ha sahəyə onun adına yeni Dövlət Aktı və həmin Dövlət Aktı əsasında Çıxarış verilmişdir. Torpaq sahəsinin Borclu məxsus 0,57 ha torpaq sahəsinə isə çıxarış alınmamış və həmin torpaq sahəsi də İmran Bahadurov tərəfindən uzun illər qanunsuz istifadə olunmuşdur. Məhkəmə qərarlarına əsasən torpağın qanunsuz istifadədən geri alınması barədə qərarlar çıxarılmış və qanuni qüvvəsini almış, icra vərəqəsinə əsasən icra olunmuşdur. Qeyd olunanlarla əlaqədar hesab edir ki, məhkəmə qətnamənin məzmununu dəyişdirməkdə haqlı deyil. Ona görə də icra məmurunun qətnaməyə izah verilməsi haqqında ərizəsinin rədd edilməsini xahiş etmişdir. Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlova və prosesin digər iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlovun və digər proses iştirakçılarının iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar X2 hüquqi varisi Daştəmirov Balasoltan Camaləddin oğlunun nümayəndəsi X3 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2- 519/2006 saylı qətnaməsindən müəyyən olunur ki, JN-158, KOD ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X9, X12 və X10 verilmiş 2.87 ha torpaq sahəsindən hər biri üçün 0.57 ha hesabı ilə Babayeva Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X9 və X4 torpaq sahələrinin ayrılması təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin, ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə yaxud ona məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2-519/2006 saylı qətnaməsinə izah verilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlovun ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Xaçmaz Rayon Məhkəməsinin 13.09.2006-cı il tarixli, 2-519/2006 saylı qətnaməsinə izah verilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlovun ərizəsi təmin olunmasın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №8(067)-104/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-104/2021
01.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver