Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-118/2024 31.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, Tələbkar, İcra məmuru X1 iştirakı ilə, Borclu ölkədən getmək hüqunun məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, 29.01,2024-cü il tarixli qərarla icraata başladığı Xaçmaz Rayon Məhkəməs tərəfindən verilmiş 2(067)-405/2024-009 nömrəli, 12.01,2024-cü il tarixli icra sənədi əsasən 25.01,1980-ci ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş və X4 qeydiyyatda olan və yaşayan Borclu Yasəf oğlundan hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 25.01,2024-cü il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənəc üzrə Borclu göndərilmiş, icra sənədində olan tələt könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfində borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bu günə qədər Borclu bu günə qədər tələbkarın xeyrin heç bir ödəniş etməmiş və hal-hazırda onun 1560 manat məbləğində aliment borc yaranmışdır.Borclu xx.xx.2024-cü il tarixdə ölkə hüdudlarıı tərk etmişdir.Əlavə olaraq bildirmək istəyirlər ki, qeyd olunan təqdimat Ədliyyə Nazirrliyin İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkəde getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İş üzrə Borclu isə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirşləri göndərilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəyə məlumat verməmişdir. Məhkəmə iclasında icra məmuru X3 bildirmişdir ki, Xaçmaz rayonu Məhkəməsinin 2(067)-405/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın saxlanılması üçün ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Lakin Borclu bu günə kimi heç bir ödəniş etməmişdir. Hazırda isə 1560 manat aliment borcu vardır. Bu səbəbdən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını istəyirlər. Xahişi odur ki, təqdimat təmin olunsun. Məhkəmə iclasında tələbkar təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında 29.01,2024-cü il tarixli qərarla icraata başladığı Xaçmaz Rayon Məhkəməs tərəfindən verilmiş 2(067)-405/2024-009 nömrəli, 12.01,2024-cü il tarixli icra sənədi əsasən 25.01,1980-ci ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş və X4 qeydiyyatda olan və yaşayan Borclu Yasəf oğlundan hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmiş və izahatı alınmışdır. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə araşdırması zamanı icra məmurunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatda qeyd olunan göstərişlərə qanunla müəyyən olunmuş qaydada əməl olunması müəyyən olundu. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1980-ci ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş və Xaçmaz Qalağan kəndində qeydiyyatda olan və yaşayan Borclu Yasəf oğlu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №8(067)-118/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-118/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver