Məhkəmə qərarları › İş №8(067)-119/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-119/2024

05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-119/2024 05.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2389/2022 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2389/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2022ci il tarixli qərarla icraata başlanılan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2389/2022 saylı icra sənədinə əsasən Borclu 6500 manat məbləğində pul vəsaiti və 85 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunan təqdimat Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1 -ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məktublar çatdırılmasına baxmayaraq, borclu, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə borclu və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2389/2022 saylı icra sənədinə əsasən xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 6500 manat məbləğində pul vəsaiti və 85 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. - xx.xx.2023-cü il tarixli Borclu izahatından görünür ki, o, həmin tarixədək tələbkarın xeyrinə 900 manat ödəniş etmiş və qalıq borcu ödəməkdən boyun qaçırmır. - xx.xx.2023-cü il tarixli Borclu izahatından görünür ki, o, tələbkara borcundan bu günə qədər 800 manat ödəniş etmişdir. Qalan borcunu ödəməkdən boyun qaçırmadığını, lakin həmin borcu birdəfəlik ödəyə bilmədiyini, hissə-hissə olaraq hər ay 100 manat ödəyə biləcəyini bildirmişdir. - borcluya tələbin könüllü icrası barədə xəbrdarlıq edilmiş, izahatları alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1993-cü ildə Xaçmaz rayonu, Suxtəkələ kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1993-cü ildə Xaçmaz rayonu, Suxtəkələ kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar