Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-127/2024 14.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığım Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1402/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan Borclu 4972.92 manat məbləğində pul vəsaiti və 69 manat dövlət rüsumu tutularaq tələbkar -nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bu günə qədər Borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirmək istəyirik ki, qeyd olunan təqdimat Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1402/2023 saylı icra sənədinə əsasən Borclu 4972,92 manat pul və 69 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nə verilməlidir. Borclu tələbi könüllü icra etməmişdir. Onun izahatı alınıb. Borclunun üzərinə tələb yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir, xahiş edir təqdimat təmin edilsin. İş üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimatdan və icra vərəqəsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(067)-1402/2023 saylı icra sənədinə əsasən Borclu 4972,92 manat pul və 69 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nə verilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Borclu - xx.xx.1991-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(067)-127/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-127/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver